Ptifur (fr. petit four) — Xırda müxtəlif peçenilərdən və ya pirojnalardan ibarət assortidir.
Eyni xəmirdən hazırlanıb, formasına və qarışıqlarına görə fərqlənir ancaq. Çox vaxt onu biskvit və ya şəkər tozlu xəmirdən hazırlayırlar. Müxtəlif içlik, krem və ya qlazur ilə bəzədilir. Bu kiçik şirnilər demək olar ki, 1 dişlənməlik başa düşülür və yeməklərin sonunda çay, kofe və kokteyllərlə verilir.
Ptifur Fransada XVIII əsrdə Fransız ingilabının ən qızğın vaxtında meydana gəlmişdir. O dövrlərdə iri peçlər mövcud idi ki, harda bir iri donuzu və ya qoçu bişirmək olurdu. Belə peçlərin yandırılması çox baha başa gəlirdi. Belə ki, onların qızması da uzun zaman çəkirdi. Onlarda temperaturu tənzimləmək mümkün olmurdu. Onlar gec də soyuyurdular. Belə ki, o zamandan kiçik ölçülü tortlar meydana çıxmağa başladı ki, onun hazırlanması üçün nə çox vaxt nə də çoxlu vəsait xərclənməsin.
Ptifurun iki növü ayrılır. Quru (beze, peçeni, laylı peraşki) və dondurulmuş (ekler və tartaletkalar). Əgər ptifur peçeni formasında təqdim olunubsa o duzlu ola bilər və kokteyllə verilə bilər.