Puşkin dağnanəsi

Puşkin dağnanəsi (lat. Ziziphora puschkinii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dağnanəsi cinsinə aid bitki növü.

Puşkin dağnanəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik, kökümsovu nazik uzun bitkidir. Gövdəsi çoxsaylı, nazik, çox budaqlı, sərilən və ya qalxan, çox xırda buruqvari tüklü, çox vaxt qırmızımtıl və ya bənövşəyitəhər rəngli, uzunluğu 12 sm-ə qədər olan bitkidir. Yarpaqları qısa saplaqlı, xırda, 4-8 mm uzunluqda, yumurtavari, enli yumurtavari və ya yumru, küt və ya birdən ucu az sivri, əsasında az daralan və ya yumrutəhər, tamkənarlı və ya yuxarı hissədə seyrək dişli, hər iki tərəfdən çılpaq və ya zəif və qısa tüklüdür. Çiçəkqrupu başcıqlı, şarvari, ağtəhər, 1-1,5 sm diametrdədir. Çiçək çox qısa saplaqda, kasacıq 5-6 mm uzunluqda, dar boruvari; sıx uzun ağtüklüdür. Tacı 6-7 mm uzunluqda, bənövşəyi rənglidir.

Böyük Qafqazın Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Qayalı-daşlı və daşlı töküntülərdə bitir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Ziziphora karjaginii Ter-Chatsch.