Pulcuqluot

Bu bitkinin əksər növləri yabanı halda ABŞ-nin cənubunda bitir. Gülçülükdə çox vaxt aşağıdakı növlərdən istifadə edilir: İrigüllü pulcuqluot (A. Grandiflorum) hündürlüyü 120 sm-ə çatan, ağ, çəhrayı ya da sarı rəngdə iri, ətirli çiçəkləri olan bitkidir. Uorley pulcuqluot (A. x. warleyense) hibrid mənşəli çəhrayı ya da qırmızı gülləri olan növdür. Zərif pulcuqluot (A. pulchellum) hündürlüyü 20 sm-ə qədər olan, açıq-çəhrayı və ya yasəmən rəngli çiçəkləri olan bitkidir. Pulcuqluotun toxumlarını mayda torpağa əkməklə çoxaldılır. Əmələ gələn cücərtiləri seyrəltmək ya da şitil edib başqa yerə köçürmək lazımdır. Qışda cavan bitkilər yarpaqla və ya sellofanla örtülməlidir. Pulcuqluot başqa yerə köçürüləndə yaxşı bitir.

Pulcuqluot
Elmi təsnifat
Beynəlxalq elmi adı

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
  1. Botaniki nomenklaturanın beynəlxalq kodeksi.
  2. Al-Shehbaz I. A. A generic and tribal synopsis of the Brassicaceae (Cruciferae) (ing.). // Taxon: Official News Bulletin of the International Society for Plant Taxonomy Utrecht: IAPT, Wiley, 2012. Vol. 61, Iss. 5. P. 933. ISSN 0040-0262; 1996-8175 doi:10.1002/(ISSN)1996-8175