Bənövşəyi güləbətin (lat. Pulsatilla violacea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.
Bənövşəyi güləbətin | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Bənövşəyi güləbətin |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-20 sm hündürlükdədir, yarpaqlarla birlikdə yumşaq tüklüdür. Kök üzərində olan yarpaqlar çiçəklərlə birlikdə əmələ gəlir, uzunsov, ikiqat lələkvari yarılmış xətvari, qısa, itiləşmiş hissələrə ayrılmışdır. Çiçəklər bənövşəyi, bəzən də ağımtıl rənglidir. Çiçəkyanlığının yarpaqları ellipsivari və ya tərsyumurtavari, uzunsov, 3 sm-ə qədər uzunluqdadır. Meyvələrin saplağı tükcüklü, 2-3 sm uzunluqdadır.
Çiçəkləməsi may-iyun aylarına təsadüf edir. Orta dağ qurşağından yuxarı dağ qurşağına qədər meşə talalarında, meşə kənarlarında, kolluqlarda rast gəlinir.
Kiçik Qafqazın şimal, cənub, mərkəzi hissələri və Naxçıvanın dağlıq hissəsi.
Fraqment şəklində rast gəlinən areallarında saylarının azalması müşahidə olunur.
Antropogen amillər (əsasən yay otlsaqlarının sistemsiz otarılması və biçənək kimi istifadə edilməsi).
Yayıldığı ərazilərin nəzarətə götürülməsi, axtarış monitorinqlərinin aparılması, toxumla çoxalan bitki olduğundan lazımi miqdarda toxum ehtiyyatının toplanılması təklif olunur.
Pulsatilla georgica Rupr.