Bənövşəyi içki (ing.Purple drank) — öskürək şərbətinin xüsusi alkoqolsuz içki və mentollu konfetlərin birləşdirilməsi ilə hazıranan rekreativ kokteyl. Kokteyl, TexasınHyuston şəhərində meydana gəlmişdir. Hip-hop subkulturasına aid olan və ya ABŞ-nin cənubunda yaşayan insanlar arasında olduqca məşhurdur.[1]
Kokteyl, istehlakçıya yuxu və bədənin keyləşməsi ilə müşayiət eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, bu qarışımın ağız hissiyatını azaltması və dadın uzun müddət ağızda qalmasını təmin etdiyini söyləmişdir.
Bənövşəyi içki kokteyli istehlakçıya kəskin şəkildə yorğunluq və bədən keyləşməsi ilə müşayiət olunan eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, kokteyl dadının ağızda uzun müddət qaldığını da bildirmişdir.[2]Los Angeles Times, repçi Lil Ueynin həddindən artıq bənövşəyi içki istifadə etməsi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilməsindən sonra bir məqalədə həkim və xəstəxana doktoru Corc Fallieras ilə qarışıqların zərərləri barədə danışmışdır.[3] Fallieras, reportaj zamanı "dərmandakı kodein ağrı kəsici kimi xidmət edir və insanı boğmağa başlayır." kimi fikirlər irəli sürmüşdür.[4]
Bu içkinin bir neçə tanınmış şəxsiyyətlərin ölümünə səbəb olduğu təsdiq edilmişdir. Tənəffüs problemləri olan şəxslərin kodein istifadəsi zamanı ölümcül reaksiya yaradan bu kokteyl bir çox narkotikdən belə olduqca təhlükəlidir.[5][6] Lakin, içkinin təsirləri doza ilə əlaqəlidir və həddindən artıq dozada istifadənin tənəffüs və ya ürək dayanması ilə nəticələnməsi tədqiq edilmişdir.[7]
Lean, "psixoaktiv maddələrdən istifadə etməklə ayaqda durmaqda çətinlik çəkmək" mənasını verir.[8] Kokteylin hazırlanmasında istifadə olunan öskürək şərbətlərinin bənövşəyi olması səbəbilə içkiyə "bənövşəyi içki" adı verilmişdir. Kokteyl adətən bənövşəyi rəngdə olur və afro-amerikan əsilli ingilis tərəfindən hazırlanmışdır.[9] Kokteylin digər adlarına sizzurp, şərbət, drank, barre, bənövşəyi jele, wok, Texas çayı, çirkli Sprite və Tsikuni daxildir.[10][11][12]
Kokteylin hazırlanması üçün həm prometazin, həm də kodein ehtiva edən öskürək şərbəti, Sprite, Mountain Dew və ya üzümlü Fanta tələb olunur.[13][14] Öskürək şərbəti və spirtsiz qazlı içki qarışdırıldıqdan sonra qarışığa daha yaxşı dad vermək üçün Jolly Rancher adlı mentollu konfetlər əlavə edilir.[15]
Purple drank kokteylinə əsaslanan bir sıra içkilər qanuni olaraq ABŞ-da satılır.[16]2008-ci ilin iyun ayında Texas, Hyustonda yerləşən "Innovative Beverage Group", "Drank" adlı bir içki istehsal etməyə başlamışdır. Məhsulun tərkibində kodein və ya prometazinə rast gəlinməsə də, valerian kökü, qızılgül və itburnu kimi bitki mənşəli maddələrin istifadəsilə melatonin hormonunun birləşməsiylə bənövşəyi içki kokteylinin təsirlərini tam olaraq çatdırması barədə iddialar meydana çıxmışdır.[17][18] Ticarət bazarındakı oxşar "anti-enerji" və ya sakitləşdirici içkilər "Purple Stuff", "Sippin siropu" və "Lean" adlarından istifadə edir.[19]
↑"Alcohol Interactions with Other Drugs". Alcohol and Other Drugs Program Public Health Division, Health Department of Western Australia. 1999. 18 yanvar 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 4, 2013.