Putyatin adası — Yapon dənizinə daxil olan Böyük Pyotr körfəzində yerləşən ada. Vladivostokdan 50 km cənub-şərqdə, Nxodkadan isə 35 km qərbdə yerləşir. Rus generalı və siyası xadimi olan Evfimiy Vasileviç Putratinin şərəfinə adlandırılmışdır. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir.
Putyatin adası | |
---|---|
rus. Остров Путятина | |
Ümumi məlumatlar | |
Sahəsi | 27,9 km² |
Hündür nöqtəsi | 353 m |
Əhalisi | 1.133 nəfər (2002-ci il) |
Yerləşməsi | |
42°50′ şm. e. 132°52′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən adada 1133 nəfər; 2005-ci ildə — 1058 nəfər; 2010-cu ildə isə 994[1] nəfər yaşayır. Adada bir yaşayış məntəqəsi vardır. Adada yaşayan büetün əhali burada cəmləşmişdir.
1891-ci ilsdə adanının bir hssəsini tacir Aleksey Dmitrieviç Starsev satın alır. O, dekabrist Nikolay Aleksandroviç Bestuujevin oğlu idi. Adanın 1000 desyantin sahəsi ona məxsus olur. digər ərazilər isə icarəyə götürülür. Oadada təsrrüfat qurur: üzüm plantasiyası, iki bağа, ferma, atçılıq zavodu. O adada 1893—1896-cü illərdə kərpiç və saxsı zavodu inşa elətdirir. 1893-cü ildə adada yerləşən atçılıq zavoduna 5 erkək və 10 dişi olmaqla orlov cinsinə aid at gətirilir. Sonradan isə bura 34 monqol cinsinə aid at köçürülür (80 atdan yolda 46-sı həlak olur). Artıq beş ildən sonra adada 200 yeni cins at vardı. Qəzetlərdə adada olan kərpiç zavoddan belə bəhs edilir. Burada həm də sement, mebel belə istehsal edilirdi. Saxsı zavodunda bütün bölgədə yeganə olan çay dəstləri, güldanlar hazırlanırdı. Burada Puşkinin saxsı heykəli hazırlanmışdı. Bu saxsı heykət yarışmada medal qazanmışdır[2].
1929-cu ildə adada sovxoz təşkil edilir, balıqtəmizləmə kombinatı inşa edilir.
Putyatin adası Böyük Pyotr körfəzinin şimalında yerləşir. Ada ilə materik arasında məsafə 1,5 km-dir. Adanın uzunluğu 24 km-dir. Adanın səthi dağlıqdır. Ən hündür zirvəsi Starsev dağıdır. Zirvə adanın şimalında yerləşir. Zirvə 353 metr hündürlüyə malikdir. Şərq sahilləri qranitdən təşkil olunmuşdur. Şimal hissəsi meşə və kolluqlarla örtülüdür. Sahillərində riif yereləşir. Adanın ümumi sahəsi 2790 ha və ya 27,9 km²-dir.
Primorsk diyarının cənubuna xas iqlimə malikdir. Yanvar ayının orta temperaturu −12,0 °C, avqust ayının orta temperaturu +21,0 °C-dir. İyuldan sentyabra qədər dəniz suyunun temperaturu +20 °C-dir.
Bartenev burnu ilk dəfə 1859-cu ildə xəritəyə salınmışdır. Bu ada buruna 1866—1878-ci illərdə Bartenevlərə görə verilmişdir.
Radionov burnu Böyük Pyotr körfəzində hidroqrafik işlər görən E. L. Radionovun şərəfinə adlandırılmışdır.
Şulepnikov burnu Kronştat limanının komendantı A. V. Şulepnikovun şərəfinə adlandırılmışdır.