Pxi-Pxi-Le və ya Pxi-Pxi-Ley (tay เกาะพีพีเล) — Phiphi arxipelaqına daxil olan adadır. Ada Andaman dənizində yerləşir. Taylandın Krabi əyalətinin tərkibinə daxildir.
Pxi-Pxi-Le | |
---|---|
เกาะพีพีเล | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Əhalisi |
|
Yerləşməsi | |
7°40′59″ şm. e. 98°45′58″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Pxi-Pxi-Don adasından sonra Pxi-Pxi-Le adası Phiphi arxipelaqının böyüklüyünə görə ikinci adasıdır. Ada Maya Bey və Loh Samax adlı iki dayaz körfəzi əhatə edən sərt əhəngdaşı təpələrindən təşkil olunmuşdur. Pi Ley adlıkiçik xırda fyord girişdə kiçik mərcan rifini əmələ gətirir.
Maya Bey dayvinq üçün məşhur yerlərdən biri hesab olunur. Adanın şöhrəti 2000-ci ildən sonra daha da artmışdır. Buna səbəb "Çimərlik" filminin bu adada çəkilməsi olmuşdur. Tayland üzrə ekspert Loneli Planet göstərmişdir ki, 2004-cü ildə baş vermiş zəlzələ və sunami nəticəsində Maya Bey zahiri görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Bu onunla əlaqəli idi ki, yüksək dalğalar çimərliyi yuyub aparmışdır. Adada görülən bütün ağaclar Foks kinofilm şirkətlər qrupu tərəfindən filmin çəkilişi zamanı əkilmişdir.
"Çimərlik" filminin çəkilişləri yüksək qalmaqallarla müşayiət olunmuşdur. Qalmaqallara səbəb isə 20th Century Fox kinofilm şirkətinin rəhbərliyinin sərəncamı üzrə buldozer və ekskavatorların Pxi-Pxi-Le adasının çimərliklərinin təbii simasını dəyişdirməsi olmuşdur. Bu ona görə edilmişdi ki, mənzərə "cənnətə daha çox oxşar" olsun. İşçilər adadakı qum təpələrinin relyefini dəyişdirdilər. Kokos ağaclarını və otları buradan təmizlədilər. Ağacları kəsməkdə əsas məqsəd çimərliyin sahəsini genişləndirmək idi. Foks kinofilm şirkəti çimərliyin yenidən qurulması üçün vəsait ayırdı. Ancaq onlar elə düşünürdülər ki, baş verən ziyan iqtisadiyyata təsir göstərməz. Amma bunun tam əksi baş verdi. Bərpa cəhdləri uğursuzluqla nəticələndi.
Zərərin ödənməsi illərə ləngidi. 2006-cı ildə Tayland Ali Məhkəməsi bu barədə məhkəmənin qərarını təsdiq etdi. Qərara əsasən çəkilişlər zamanı əhəmiyyətli dərəcədə ətraf mühitə ziyan vurulmuş və bu zərərin qiymətləndirilməsi baradə göstəriş verilmişdir. Qərara görə 20th Century Fox film şirkətlər qrupu və bəzi Tayland hökumət məmurları hadisəyə görə ittiham olunmuşdur.[2]
2004-cü ilə qədər Pxi-Pxi-Le adası ümumiyyətlə inkişaf etməmişdir. Bununla belə, ada hal-hazırda Pxi-Pxi milli parkının bir hissəsidir. Adanın inkişafı üçün hökumət tərəfindən vəsait ayrılmışdır. Adada bunqalonun tikintisi planlaşdırılır. 2007-ci ildən şəxsi ziyarətçi olan insanlardan Bt200 adlı vergi yığılır. Adanın çimərlikləri tualetlərlə, snek-barlarla və kempinqlə təchiz edilmişdir.[3]