Pyer Bul

Pyer Bul — fransız yazıçısı.

Pyer Bul
Pierre Boulle
Pyer Bul (1912-1994)
Pyer Bul (1912-1994)
Doğum tarixi
Doğum yeri Avinion, Paris
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Paris, Fransa
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti fransız
İxtisası yazıçı
Fəaliyyəti yazıçı, ssenarist, romançı, mühəndis, fantastika yazıçısı[d]
Fəaliyyət illəri 1950-1992
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İxtisasca mühəndis olmuşdur. 1936–41-ci illərdə Cənub-Şərqi Asiya ölkələrində yaşamışdır. İkinci dünya müharibəsinin iştirakçısı olmuşdur; 1943-cü ildə əsir düşmüş,1944-cü ildə əsirlikdən qaçmışdır; 1947-ci ildən Parisdə yaşamışdır. Asiyada qazandığı həyat təcrübəsi “Kvay çayı üzərində körpü”(1952; 1957 ildə rej. D. Lin tərəfindən ekranlaşdırılmışdır) romanında, “Kvay çayının mənbəyində” (1966) avtobioqrafiyasında və s. əksini tapmışdır. Ən məşhur əsəri “Meymunlar planeti” (1963; bir neçə dəfə, o cümlədən 2001 ildə T. Breton tərəfindən ekranlaşdırılmışdır) romanıdır. Paradoks məntiqi əsasında qurulmuş “Absurd haqqında hekayələr”in (1953); E. Po tərzində “Cəllad” (1954) psixoloji detektivinin “İdrak oyunları” (1971) futuristik antiutopiyanın müəllifidir. Fəxri legion ordeni ilə təltif olunmuşdur (1945).  [1]

  • William Conrad 
  • Le sacrilège malais 
  • Le Pont de la rivière Kwaï (1952; tr. 1954 as Kvay çayı üzərində körpü, Xan Fildinq)
  • Le Bourreau (1954; tr. 1961 Xan Fieldinq, Cəllad)
  • L'épreuve des hommes blancs (1955; tr. 1957 İmtahan, Xan Fildinq; Ağ insanların imtahanları kimi də adlandırılmışdır.)
  • La face (1956; tr.1956 Xilaskar Sima,  Xan Fildinq; Qəhrəmanın Siması kimi də adlandırılmışdır.)
  • Les voies du salut (1958; tr.1958 Dəmir pulun digər üzü, Riçard Hovard)
  • Un métier de seigneur (1960; tr. 1960  Peşəkarın Romanı Xan Fildinq; Roman Səbəbi də adlandırılmışdı.)
  • La planète des singes (1963; tr.1964 Meymun Planet Xan Fildinq; daha sonralar Meymunların Planeti adlandırıldı)
  • Le jardin de Kanashima (1964; tr. 1965 Ayın bağları,  Xan Fildinq)
  • Le Photographe (1967; tr. 1967 Fotoqrafçı, Xan Fildinq)
  • Les Jeux de l'esprit (1971; tr. 1973 Ümidsiz oyunlar, Patrisia Volf)
  • Les Oreilles de jungle (1972; tr. 1972 Cəngəlliyin qulaqları Maykl Dobri və Linda Kol) - Şimali Vyetnamlı bir komandirin gözündə Vyetnam müharibəsi
  • Les Vertus de l'enfer (1974; tr. 1974 as The Virtues of Hell by Patricia Wolf)
  • Le Bon Léviathan (1978; tr. 1978 as The Good Leviathan by Margaret Giovanelli)
  • Les Coulisses du Ciel (1979; tr. in 1985 Cənnətdə Maneələr, Patrisia Volf)
  • L'Énergie du désespoir (1981)
  • Miroitements (1982; tr. 1986 Patrisia Volf tərəfindən, Günəşin aynaları)
  • La Baleine des Malouines (1983; tr. 1984-cü ildə Patricia Volf tərəfindən, : Viktoriya keçidinin balinaları)
  • Pour l'amour de l'art (1985)
  • Le Professeur Mortimer (1988)
  • Le Malheur des uns... (1990)
  • A nous deux, Satan! (1992)
  • L'Archéologue et le mystère de Néfertiti (2005; ölümündən sonra)
  1. Bul// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 64.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]