Pyer Məhəmməd Sayd yaxud Pyer Murad Sayd[1] (1475, Türkiyə – 1522, Rodos) — Cem Sultanın oğlu, Osmanlı şahzadəsi.
Pyer Məhəmməd Murad Sayd | |
---|---|
17 oktyabr 1492 – 1522 | |
Əvvəlki | Titul yaradıldı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1475 |
Doğum yeri | |
Vəfat tarixi | 1522 |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Cem Sultan |
Anası | Yelena-Mariya dei Konti Orsini di Pitilyano |
Həyat yoldaşı | Mariya Konsetta Doriya |
Uşağı | Oşin Pyer Sayd |
Dini | Katolik |
1475-ci ildə Konyada, atasının Karaman valisi olduğu dövrdə anadan olmuşdu. Cem Sultan Rodosa gedəndə o Misirdə nənəsi ilə qalmışdı. 1490-cı illərdə Rodosa köçmüş və burda 17 oktyabr 1492-ci ildə xristian olmuşdur.
Daha sonra Papanın dəvətilə atasının yanına — Romaya köçmüş və burada Papa VI Aleksandr tərəfindən "Sayd knyazı" əsilzadə titulu verilmişdi. Daha sonra isə 1495-ci ildə Neapol şəhərinə köçmüş və burada Neapol krallığı hökmdarı I Ferdinand (Neapol kralı) isə ona Sayd vikontu titulunu vermişdi. Burada o Genuyanın Neapoldakı konsulunun qızı Mariya Konsetta Doriya ilə evlənmişdi. 1522-ci ildə Rodosu ziyarət edərkən Osmanlı hücumu nəticəsində ən kiçik oğlu Mustafa ilə birlikdə öldürülmüşdür. Qəbri Rodos kafedralında idi, lakin dağıdılmışdır.[2]
Mariya Konsetta Doriya ilə evlənmişdir. Övladları: