Pyer Qasli

Pyer Qasli (fr. Pierre Gasly), 7 fevral 1996, Ruan, Normandiya[1][2]) — Fransa avtoyarışçısı, Eurocup Formula Renault 2.0 çempionu (2013).

Pyer Qasli
fr. Pierre Gasly
Doğum tarixi (28 yaş)
Doğum yeri Ruan, Fransa
Ölkə Fransa Fransa
Maşın №10
Komanda AlphaTauri
Formula 1 karyerası
Yarış sayı 65
Birincilik 1
Cəmi xal 199
Poul sayı 0
Podium 2
Rekord dərəcə 1
Birinci yarış 2017 Malayziya Qran-prisi
İlk birincilik 2020 İtaliya Qran-prisi
Mövqeyi 10-cu (75 xal)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pyer 2006-cı ildə Fransız kartinq çempionatının kiçik sinfində karyerasına başlamış və 15-ci sırada iştirak etmişdir. 2007-ci ildə Qasli French Cadet Championship-ə getdi, ilk mövsümündə altıncı, 2008-ci ildə isə dördüncü yeri tutdu. 2010-cu ildə Pyer Fransız Avtomobil Birliyinin üzvü oldu və Avropa Çempionatı olan KF3 və WSK Euro Series-də çıxış etdi.[3]

2011-ci ildə Pyer Fransız Formula-4-də — açıq təkərli avtomobillər sinfində debüt etdi. Sezonda yeddi dəfə podiuma çıxdı, onlardan üçü — 1-ci yer idi. Mövsümü üçüncü yerdə bitirdi.

2012-ci ildə Pyer Eurocup Formula Renault 2.0-a getdi, iki dəfə podiuma çıxaraq mövsümü 10-cu sırada tamamladı. Növbəti 2013-cü ildə artıq beş podium və üç qalibiyyətlə, Qasli seriyanın çempionu oldu. 2014-cü ildə Qasli, Formula-Renault 3.5-də iştirak etdi və yarışların nəticələrinə görə, ikinci yeri tutdu.

2014-cü ildə Pyer GP2 seriyasında ilk dəfə çıxış etdi. O, Tom Dilmannı əvəz edərək "Caterham" komandasının bir hissəsi kimi mövsümün son altı yarışında çıxış etdi.[4] 2015-ci ildə Qasli "Dams" komandanın bir hissəsi kimi seriyada tam mövsüm keçirdi.[5] Sezon boyunca Pyer dörd dəfə podiuma qalxdı və mövsümü 8-ci sırada tamamlandı. 2016-cı ildə Qasli Prema komandasının tərkibində GP2-də çıxışını davam etdirir.[6]

2015-ci ilin sentyabr ayının sonunda Formula 1 Red Bull komandası Qaslinin mövsümün sonuna qədər komandanın ehtiyat pilotu olacağını elan etdi.[7] 2016-cı ilin yanvar ayında Pyer 2016-cı il mövsümündə Red Bull komandasının ehtiyat pilotu təyin edildi. 26 sentyabr 2017-ci ildə, Qaslinin Toro Rosso komandasının bir hissəsi olaraq Malayziya və Yaponiya Formula 1 mərhələlərində iştirak edəcəyi açıqlandı.[8][9]

2018 mövsümündə "Toro Rosso"nun döyüş pilotu oldu. Bəhreyn Qran Prisində ilk xalları qazandı. Monakoda isə yeddinci yeri tutdu.

  1. F1: Pierre Gasly, rebaixado em 2019, 'esquece' Red Bull e conquista pódio e vitória pela AlphaTauri, equipe B (порт.). ESPN, 2020.
  2. Após título da França, churrasco e festa, Pierre Gasly tenta fim de jejum de pontos (порт.). 2018.
  3. "Arxivlənmiş surət". 2016-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
  4. "Arxivlənmiş surət". 2016-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
  5. "Arxivlənmiş surət". 2016-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
  6. "Arxivlənmiş surət". 2016-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
  7. "Arxivlənmiş surət". 2016-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
  8. "Arxivlənmiş surət". 2016-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
  9. "Arxivlənmiş surət". 2017-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]