Pyotr Qluxov

Serafim Veçkanov (tam adı: Pyotr Semyanoviç Qluxov, rus. Серафим Емельянович Вечканов; 26 dekabr 1897 və ya 13 (25) dekabr 1897[1], İrçe Çarmas[d], Buinsk qəzası[d], Simbirsk quberniyası[d], Rusiya imperiyası7 fevral 1979[1], Maqnitoqorsk, Çelyabinsk vilayəti)[2] — erzyan əsilli SSRİ yazıçısı, Mordoviyanın ilk jurnalistlərindən biri. Mordoviya pedaqoqlarından Makar Yevseyevin bacısı oğlu.

Pyotr Qluxov
rus. Пётр Семёнович Глухов
Doğum tarixi 26 dekabr 1897(1897-12-26) və ya 13 (25) dekabr 1897[1]
Doğum yeri
Vəfat tarixi 7 fevral 1979(1979-02-07)[1] (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Maqnitoqorsk qəbiristanlığı[d]
Təhsili
  • Kazan Müəllimlər Seminariyası[d]
Fəaliyyəti yazıçı
Mükafatları "Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pyotr Qluxov 26 dekabr 1898-ci ildə Simbirski vilayəti, Buinski qəzası, Malıe Markalı kəndində (indiki Çuvaşıstan Respublikası, Batırevski rayonu) kəndli ailəsində anadan olmuşdur. Beş yaşında ikən atası tif xəstəliyindən həyatını itirir. Anasının qardaşı Makar Yevseyev erkən öyrənməyə maraq göstərən oğlanın təhsilini öz üzərinə götürür. Pyotr Qluxov Kazandakı Müəllimlər Seminariyasının Mordva məktəbində təhsil almağa başlayır. 1916-cı ildə isə Kazan Müəllimlər Seminariyasını bitirir. Bir müddət sonraimperator ordusuna çağrılır. Dörd ay artilleriya qüvvələrində xidmətdən sonra ağır yaralanır. Xəstəlik səbəbi ilə ordudan tərxis olunur. Oktyabr inqilabından sonra Bolşeviklərin tərəfində Vətəndaş müharibəsində iştirak edir. 1922-ci ildə İrkutska əmək müfəttişi olaraq göndərilir. Sonra vergi müfəttişi vəzifəsi çalışır. 1923-cü ildə Moskvada mərkəzi maliyyə işçiləri kursunda oxumuşdur

1924-cü ilin iyul ayından 1927-ci ilə qədər «Yakstere teşte» («Qırmızı ulduz») qəzetində redakdor işləmişdir. O, burada müxtəlif iqtisadi məsələlər haqqında yazılar dərc etmişdir. 1930-cu ildə Moskva Sənaye və İqtisadiyyat İnstitutunun poçt şöbəsini bitirmişdir. 1931-ci ildən təqayud aldığı dövürə qədər Magnitogorsk şəhərində bir metalurgiya zavodunda işləmişdir.

Ədəbi yaradıcılığa 20-ci illərin sonlarında başlamışdır. Mordova ədəbiyyatının qızıl fondunda «Kedrovoy peşt» adlı hekayəsi ilə düşmüşdür. Bu əsər 30-cu illərdən bu yana məktəb dərsliklərinə daxil edilmişdir. Erzya-Mordoviya məktəblərinin 9 sinifləri üçün «Tirin ədəbiyyatı» antologiyasını yazmışdır. Üstəlik onun «Varma Melqa» hekayəsi («Külək arxasında») dərsliklərə daxil edilmişdir. M.E. Evseviyev, F. F. Sovetkin, S. D. Erzey (Nefedov) ilə görüşlər barədə onun oçerqləri böyük maraq doğurur.

Pyotr Qluxov 7 fevral 1979-cu ildə vəfat etmişdir. Maqnitoqorsk şəhərində dəfn olunmuşdur.

  1. 1 2 3 4 Исаев Ю. Н. Chuvash encyclopedia (rus.). Чувашское книжное издательство, 2006. С. 2567. 2567 с. ISBN 978-5-7670-1471-X
  2. "Pyotr Qluxov". 2019-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-13.