Pyotr Vasilyeviç Yermolov (rus. Пётр Васильевич Ермолов; d. 26 sentyabr 1887 - ö. 19 mart 1953) — SSRİ kinooperatoru, RSFSR-in Əməkdar incəsənət xadimi (1940).
Pyotr Yermolov | |
---|---|
rus. Пётр Васильевич Ермолов | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | rus |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | Operator |
Fəaliyyət illəri | 1911–1951 |
Mükafatları |
|
IMDb | ID0947643 |
Pyotr Vasilyeviç Yermolov 26 sentyabr 1887-ci ildə anadan olmuşdur. 19 mart 1953-cü ildə vəfat etmişdir.
Pyotr Yermolov 1911-ci ildən kinoda fəaliyyət göstərmişdir. Əsasən hərbi kinoxronikalar çəkməklə məşhur idi. Qırmızı ordu haqqında ilk bədii filmin ("Qırmızı cəbhədə") yaradıcılarından biri olmuşdur. 1921-ci ildə V.İ.Lenini məktəbəqədərki təlim-tərbiyəyə hədsr olunmuş qurultayda lentə almışdır. 1924-cü ildən "Mejrabpom-Rus", "Mejrabpomfilm" (sonralar "Soyuzdetfilm") kinostudiyalarında işləmişdir. Y.A.Protazanov ("Torjokdan olan biçici" (1925), "Üç milyonla bağlı məhkəmə" (1926), "Qırx birinci" (1927), "Bəyaz qartal" (1928), "Müqəddəs Yorgen bayramı" (1930), "Marionetlər (1934)), M.S.Donskoy ("Qorkinin uşaqlığı" (1938), "Adamlar içində" (1939), "Mənim universitetlərim" (1940)) kimi rejissorlarla birgə işləmişdir. Böyük Vətən mübaribəsi illərində sənədli film sahəsində çalışmışdır.
Operator kimi