Pyotr Borisoviç Yudin (rus. Пётр Борисович Ю́дин; 25 dekabr 1892 (6 yanvar 1893), Yeni Mərgilan, Fərqanə vilayəti – 17 iyul 1977, Bakı) — sovet aktyoru. Azərbaycan SSR xalq artisti (1955), RSFSR-in əməkdar artisti (1941), Stalin mükafatı laureatı (1951).
Pyotr Yudin | |
---|---|
Doğum tarixi | 25 dekabr 1892 (6 yanvar 1893) |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 1977 (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | İkinci Fəxri Xiyaban |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1915–1977 |
Teatr |
Maksim Qorki adına Nijni Novqorod Dram Teatrı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
25 dekabr 1892-ci ildə (6 yanvar 1893-cü il) Yeni Mərgilan şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1915-ci ildə Fərqanə şəhərində başlamışdır. Daşkənd, Aşqabad, Voronej, Yaroslavl, Arxangelsk və Kazan teatrlarında çalışmışdır. 1931—1946-cı illərdə Maksim Qorki adına Nijni Novqorod Dram Teatrında işləmişdir, 1946-cı ildə isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında. 17 iyul 1977-ci ildə vəfat etdi. Bakıda İkinci Fəxri Xiyabanda dəfn edildi.[1]