Qüdrət Səlimxanov (tam adı: Qüdrət Əhmədbəy oğlu Səlimxanov) — 1905-ci ildə Bakı şəhərində,Fatmayı kəndində anadan olub.1981-ci ildə dünyasını dəyişib. Tibb elmləri doktoru, professor.
Qüdrət Səlimxanov | |
---|---|
Qüdrət Əhmədbəy oğlu Səlimxanov | |
Doğum tarixi | |
Doğum yeri | Fatmayı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Bilqeys Səlimxanova |
Uşağı | Zemfira Səlimxanova |
Təhsili | Azərbaycan Tibb İnstitutu |
Mükafatları |
Qüdrət Əhmədbəy oğlu Səlimxanov 1905-ci ildə Bakı şəhərində, Fatmayı kəndində anadan olub. İlk təhsilini kənddə dördsiniafli ibtidai məktəbdə almışdır. Orta təhsilini Binəqədi kəndində alır. 1923-cü ildə Qüdrət Səlimxanov Azərbaycan Tibb Universitetinə daxil olur. 1928-ci ildə Azərbaycan Tibb Universitetini bitiən Qüdrət ixtisas üzrə işləmək üçün Ağdama göndərilir. İlk əmək fəaliyyətinə Ağdam rayonundan başlayır. 1930-cu ildə Tibb İnstitutunun pataloji anatomiya kafedrasında işləmk üçün dəvət olunur. 1938-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 1960-cı ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcə alır. Kerç cəbhəsində polkovnik - həkim işləyib. Cəbhədəki xidmətlərinə görə Qırmızı Bayraq ordeni ilə təltif edilib. 1943-cü ildə müharibədə yaralandıqdan sonra yenidən Azərbaycan Tibb Universitetinə qayıdır.
3 monoqrafiyanın , səksənə yaxın elmi məqalələrin müəllifidir.Onun rəhbərliyi altında 3 doktorluq, 8 namizədlik dissertasiya müdafiə edən yetirmələri olmuşdur.Mərhum Prezidentiiz Heydər Əliyevin həyat yoldaşı Zərifə xanımın doktorluq dissertasiyasının opponenti olmuşdur.Qüdrət Səlimxanov 1961-ci ildə elmi-pedoqoji fəaliyyətinə görə SSRİ patoloqlarının Ümumittifaq Cəmiyyətinin plenum üzvü, Bakı şəhər patoloqlarının sədri, Ali Attestasiya Komissiyasının sədri olmub. Azərbaycan Sovet Ensiklopediyasının və Azərbaycan Tibb jurnalı redaksiyasının üzvü olub.[1]