Qüvvətli antofora (lat. Anthophora robusta) — Antofora cinsinə aid növ.
Qüvvətli antofora | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Dəstə: Ranqsız: Yarımdəstə: Fəsiləüstü: Klad: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Qüvvətli antofora |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Uzunluğu 16-18 mm-dir. Üz, üst dodaqlar və üst çənələr sarı ləkəlidir. Döş tamamilə sıx, sarımtıl ağ tüklərlə örtülmüşdür. Qarıncığın ilk 2 tergiti qısa sarımtıl tüklərlə örtülüdür. Arxa ətraflarda “səbətciyin” tükləri ağ, qanadları isə şəffaf ağdır.[2]
Cənubi Avropa, Kiçik Asiya, Qafqaz, Rusiya, Suriya, İsrail, İran, Türkmənistanda yayılmışdır [3]. Azərbaycanda Şamaxı, Lerik, Naxçıvan MR-də rast gəlinir.[4]
Aşağı dağlıq çöl və yarımsəhra landşaftlarında rast gəlinir. Erkən yazda uçur. Daşlıq ərazilərdəki torpaqlarda yuva qurur. Daha çox paxlalıların üzərində qidalanır.
Nadir rast gəlinən növdür.
Yuvalarının dağıdılması, çiçəkləyən bitki sahələrinin biçilməsi və mal-qaranın otarılması nəticəsində azaldılması.[5]
Bu arıların yuvalama yerlərində əkin-şum işlərinin aparılmaması, kimyəvi dərmanlamanın qadağan edilməsi.