Qığırdaq toxuması

Fəqərələrdə qığırdağın qurluluşu

Toxuma sözü yunanca histos, latınca isə tela adlanır. Toxuma mənşə və quruluş oxşarlığına malik olan müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrələrarası maddələr qurupuna deyilir. Əsas toxumalar epiteli, sinir, birləşdiriciəzələ toxumaları olaraq 4 qrupa ayrılır. Bu həm insanda həm də heyvanlarada qəbul olunan 4 toxuma növüdür.

Birləşdirici toxuma orqanizidə geniş yayılmış toxuma növüdür. Bu toxumanı daxili mühit toxumsıda adlandlırırlar. birləşdirici toxuma 4 əsas qrupa bölünür:

Qığrdaq toxuması heyvani bir toxuma olub bədəndə birləşdirici toxumanın mexaniki vəzifə görən növlərinə aid edilir. Bu toxuma sümük toxumasıdan fərqli olaraq daha yumuşaqdır. Qığırdaq toxuması fərqləndirən əsas xüsusiyyətlərdən biri də onda hüceyrələr arası maddənin daha yaxşı inkişaf etməsi və sıxılmasıdır. Qığırdaq toxumasını fərqləndirən digər xüsusiyyətlərdən biri də onda qan damarları, limfa və sinir siseminin olmamasıdır. Bu toxuma mezenximdən inkişaf etmişdir. Qığırdağın matriksi plastiki formalaya malik qatı ancaq sümük matriksindən fərqli olaraq sərt formaya malik deyil. Bu xüsusiyyət ona möhkəmlik və dayanıqlılıq verir. Matrikslər bir biri ilə əlaqəli makroxovlardan ibarətdir. Qığrdaq toxumasının qidalanması onun ətrafında olan digər toxumların ifraz etdiyi maddələrin diffuziyası yolu ilə baş verir. Qığırdaq toxuması matriks vasiytəsi ilə qidalanır. Belə ki, qığırdaq toxumasının özüdündə qan damarları olmadığıdan onun qidalanması maddələrin bir mühitdən başqa mühitə sorulması yolu ilə baş verir. Burada matirksin qan damarına gələn qidalə maddələr diffuziya yolu ilə qığırdaq toxumasına sorulur. Qandaki qida maddələri dərində olan xondirositlərə diffuziya yolu ile çatır və buna görə də qığırdaqın qalınlığı müəyyən həddə qədər olur. Bununlada qığırdaq hüceyrələrinin qidalanması təmin olunur.

Kimyavi tərkibi[redaktə | mənbəni redaktə et]

Qığırdaq toxumanın kimyəvi tərkibi bu formada göstərilir: tərkibinin 70–80% su, 10–15%üzvi maddə və 4–10 % mineral duzlar təşkil edir. Qığırdaq toxumasının tərkibində olan üzvi maddəyəzüllalar,lipidlərmukopolisaxaridlər aid edilir. Qığırdaq toxuması bədənin müxtəlif yerində yayılmışdır. Bu toxuma orqanizmada xarici qulaq seyvanında, burunda, bronxlarda, traxeyalarda və fəqər və fəqərələr arası disklər şəkilndə olur. Bu toxuma yaşlı adamlarda bədənin 2% təşkil edir. Qığırdaq toxuması uzun sümüklərin uzununa böyüməsinə vasitəçidir. Hüceyrələrarası maddələr görə amorf maddədən və xondirin liflərində ibarətdir. Kimyəvi tərkibinə gorə isə bu maddələr bir birindən fərqlənir. Belə ki, xondrin lifləri kimyəvi tərkibcə kollagen liflərlə eynilik təşkil edir. Xondrin liflər əmələgəlməsinə görə fibrilyar züllalardan formalaşmışdır. Amorf maddənin isə tərkibini qeyri-fibrilyar zülal molekullarının mukopolisaxaridlərlə birləşməsindən əmələ gəlir.

Hüceyrə qurluşları: Xondrioblastlar və Xondriositlər[redaktə | mənbəni redaktə et]

Qığırdaq toxumasının 2 tip hüceyrə quruluşu var. Bu hüceyrə quruluşları xondrioblastlarxondirositlərdir. Matriks içərisində yerləşən xondioblastlar gettdikcə inkşaf edərək xondriositlərə çevrilirlər. Xondrioblastların nüvələri aktiv euxromatinlərlə zəngindir, nüvələrin tərkibində1–2 nüvəcik olur. Quruluşuna görə xondrioblastlar cavan hüceyrələrdir , ölçüləri xondriositlərdən kiçik olur və xarici görünüşcə oval və yumur formalı hüceyrələrən təşkil olunublar. Matriksi protoqilikan, elastin və kollogendən təşkil olunub. Xondrioblastların sitolemması çoxlu sayda mikroxovlardan təşkil olunub. Bunların tərkiblərində olan orqanidlərdən bir çoxu yaxşı inkşaf etmişdir. Hüceyrələrin tərkibində olan yaxşı inkşaf etmiş bu orqanoidlərə endoplazmatik şəbəkə, mitoxondri, holci kompleksi, lizasomlar var. Xondiroblastlar yeni hüceyrələrin yaranmasında iştirak edirlər. Xondriositlər artıq inkşafı başa çatmış hüceyrələrdir. Bu hüceyrələrdə artıq hüceyrə forması tam olaraq inkşaf edib və öz formasını alıb. Bu hüceyrələr yerləşməsinə görə artıq fərli formalarda yerləşirlər. Bu hüceyrələr ya tək – tək yada qruplar halında yerləşirlər. Qruplaşmış formalara isə izogen formalar deyilir. Bunlarda nüvə bir bəzən iki, nüvəcik də bir yada iki ədəd olur. Bu hüceyrələrdə artıq sitoplazmadaki bütün orqanoidlər tam olaraq hamısı var və inkşaf etmiş formadadırlar. Matriksləri bir biri ilə əlaqəli olan makroxovlardan təşkil olunmuşdu.

Qığırdaqın böyüməsi ümumi hipofiz böyümə orqanı olan samatatropinə bağlıdır. Bu hormon birbaşa qığırdaq hüceyrələrinə təsir etmir. O öncə qaraciyərdəki samatomedin C sintezinə məlumat göndərir. Bundan sonra samatomedin C birbaşa olaraq qığırdaq hüceyrələrinə təsir edərək böyüməsini asanlaşıdırır.

Xondriositlər[redaktə | mənbəni redaktə et]

Qıığırdaq toxumasının Xondriosit hüceyrə qurluluşlu formaları. Hialin qığırdaq toxuması, Elastik qığırdaq toxuması və Kollagen qığırdaq toxuması

Xondriosiylər qığırdaq toxumasının əasını təşkil edir. Xondriositlər özləri də bir birindən fərqlənən 3 tipə ayır edilir. 3 tip qığırdaq toxumasının formalaşmasının əsas səbəbi isə matriksdə olan elementlərin birləşmələrindəki fərqliliklər səbəb olur. Burada olan hüceyrə xarici matriks qatılıq göstərir. Bu matriks qığırdaq toxumasına mexaniki təsirlərə qarşı möhkəmlik verir. Qığırdaq toxumasının hüceyrələrarası maddəsinin quruluş xüsusiyyətindən aslı olaraq təyin olunur. Qığrıdaq toxumasının xüsusiyyətlərindən biridə yumuşaq toxumanı yumuşaq toxumanı dəstəkləməsidir. Yoğun bağ toxumasında olan perikordiumkapsula bənzər bir qın kimi qığırdağı sararaq qığırdaqla qığırdağın dəstəklədiyi toxumalar arasında əlaqə yaradır. Bu hüceyrələr xarici qulaq vs oqanlara elastiklik verir. Qığırdaqın matriksində demək olar ki su olmur.

1. Hialin qığırdaq toxuması

2. Elastik qığırdaq toxuması

3. Kollagen lifli qığırdaq toxuması

Hialin qığırdaq toxuması[redaktə | mənbəni redaktə et]

Hialin qığırdaq toxumasını (textus cartilagineus hyalinus) başqa adı ilə şüşəyəbənzər qığırdaqda adlanır. Hialin qığırdaq toxumasının quru hissəsinin 40% qədərini kollogen lifləri təşkil edir. Ən çox təsadüf olunan qığırdaq tipi olan hialin toxuması sümüklərin içərisində də təsadüf olunur. Embiryonal dövrdə skletin sümükləşmiş hissələri hialin qığırdadaqdan təşkil olunmuşdur.bu hissələr sümüklə tam əvəz olunana qədər hialin qığırdaq toxuması ilə əhatə olunur. Toxumanın bu növünə ən çox insanməməlilərdə rast gəlinir. Bu toxuma əlavə olaraq qırtaq, nəfəs borusu, qabırğalarda və oynaq sətləri kimi hissələrdə də yayılmışdır. Miqdarı yaşdan aslı olaraq dəyişir. Hialin qığırdaq toxumasına mikraskop altında baxdıqda bəzi hüceyrələrin iki – iki və üç – üç dəstələr halnda birləşərək izogen qruplar əmələ gətirdiyi müşahidə edilmişdir. Hialin toxumada periferik hissədə qığırdaq hüceyrələri cavan olub, iy şəklindədir və tək – tək yerləşirlər. Izogen quruplar isə mərkəzə getdikcə müşahidə olunur. Hər üç qığırdaq toxuma növü içərisində ən çox rast gəlinən və ən çox üzərində tədqiqat aparılan hialin qığrdaq toxumasıdır. Bu toxumada hüceyrələrarası maddə yarımşəffaf , homogen görünür və şüşəyə oxşayır və hüceyrələr arasında kapsullar əmələ gəlir.

Elastik qığırdaq toxuması[redaktə | mənbəni redaktə et]

Elastik qığırdaq toxuması (textus cartilagineus elasticus) yerləşmə yerləri əsasən qulaq seyvanı, xarici eşətmə borusunun qığırdaqları, qırtlaq qapağı, buynuzabənzərpayabənzər qığırdaqları təşkil edir. Elastik qığırdaq toxuması hialin qığırdaq toxuması ilə oxşardır. Onları fərqləndirən əsas əlamət isə 2 kollagen fibirllərin başqa incə torlar formasında çox miqdarda elastik life sahib olmalarıdır. Hialin qığırdaqla elastik qığırdağın oxşarlığı onların xondriositlərində özünü göstərir. Bezi yerlərdə elastik qığırdaq hialin qığırdaqla əvəz olunur. Hialin qığırdaqda olduğu kimi elastik qığırdaqdada perixordium var. Bu toxuma hialin toxumasından şəffaf olmaması ilədə seçilir və öz rəngi sarı olur və elastik liflərdən formalaşır. Bu liflər şaxələnib tor əmələ gətirirlər. Bu toxumanı başqa adla torlu qığırdaqda adlandırırlar və tor sıx formada olur.

Kollagen qığırdaq toxuması[redaktə | mənbəni redaktə et]

Kollagen lifli qığırdaq toxuması (textus cartilagineus collagenofibrosus) başqa adla ağ toxuma da adlandırmaq olar. Bu toxumaya hialin qığırdağa keçən yerlərdə rast gəlmək olar. Bundan başqa fəqərələrarası disklər, qasıq birləşməsi, gicgahçənə, döş körpücük, oynaqların qığırdaqlarıda bunlara aid edilir.

Qığırdaq üstlüyü[redaktə | mənbəni redaktə et]

Qığırdaqüstlüyü (perichondrium) sıx birləşdirici toxuma olub qığırdağı xaricədən örtür. Onun hüceyrələri iyşəkillidir və quruluşuna görə fibroblastlara oxşayır. Bunlarda kollagen və elastiki liflərdən ibarət hüceyrələrarası maddə var . Qığırdaq üstlüyü sıx qan damarları və sinirləri vardır, qığırdağın öz daxilində isə qan damarları yoxdur, deməli qida maddələri qığırdağa qığırdaqüstlüyündən diffuziya yolu ilə keçir. Oynaq qığırdağı nahiyəsində qığırdaq üstlüyü olmur. Burada qidalanma sinovial maye hesabına olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Toxumalar

Ali Məktəblər üçün Tibb və Biologiya üzrə dəsrsliklər