Qıllar

Saç və ya tük yaxud qılməməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir.

Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb.[1] Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar.

Uzun saçlı qız

Hər tük üç qatdan ibarətdir. Zahiri qatı və ya kutikula müdafiə funksiyasını yerinə yetirir və pulcuqlara bənzər nazik hüceyrələrlə yaranıb. onlar bir-birini örtən dam kirəmitə kimidilər. Kutikulanın pulcuqları səliqəylə bürünərək sıx dayananda saç ipək kimi zərif, yumşaq və parlaq olur. Amma əgər kutikulanın hüceyrələri fiziki və ya kimyəvi zədələnmişlərsə, saçlar parlaqlıqdan məhrum olurlar, kövrəkləşirlər və rahat dolaşırlar.

Kutikulanın altında korteks yerləşir, korteks uzadılmış ölü hüceyrələrdən ibarət.qabıq maddədi, onun hüceyrələri həmdə saça möhkəmlik və elastiklik verir. Korteksdə saçların təbii rəngini müəyyənləşdirən melanin piqmenti var. Hər bir tükün mərkəzində yumşaq keratin hüceyrələri və hava qovuqlarından ibarətdir beyin maddə var Bu təbəqənin təyinatı məlum deyil, ancaq ehtimal olunur ki, buradan korteksə və kutikulaya bəsləyici maddələr ötürülür. Xəstəlik zamanı saçların sürətli dəyişikliyini bununla izah etmək olar.

Saçların təbii parıltısı onların öz piyli yağından asıllıdı, o yağda özgə mikroorqanizmlərlə ilə mübarizədə kömək edən antiseptiklər var. Dəridə piy vəziləri yerləşir, onlar öz sekresiya məhsullarını tüklü follikullarına ifraz edirlər. Belə yağ tükün gövdəsini əla müdafiə edir, bundan başqa kutikulanın səthini hamarlayır, saçın rütubətini saxlamağa kömək edir və elastikliyini qoruyur. Kutikulanın səthi nə qədər hamar olarsa, bir o qədər saç parıltılı olur. Ona görə də buruq saçlara parıltı qazanmaq daha çətindir, nəinki düz olana.[2]

Bəzi hallarda, məsələn hədindən artıq çox hormonal fəallığı zamanı piy vəzisi həddən çox maddə ifraz edir və beləcə saçlar yağlı olur. Həmin maddə çox az olanda isə saçlar quru olur.

Saçın böyümə dövrləri

[redaktə | mənbəni redaktə et]
Saçın dəridə yerləşmə strukturu

Tükün canlı hissəsi empidermisin altında yerləşir. Onun altından böyüyən saç ölü toxumadan ibarətdir. Saçların böyüməsini üç mərhələyə ayırmaq olar. Birinci mərhələ aktiv böyümədi, ikinci — aralıq dövrüdü, bu mərhələdə saç daha böyümür, amma əmcəyin hüceyrələri fəaliyyət göstərir, sonuncu mərhələ —  saçın böyüməsinin tam dayandırılması.[3]

Saç inkişaf etdikdə onun epidermal rüşeymi, yəni saç saç follikulu dermanın dərinə kök salır və beləcə toxumaları birləşdirən tüklü örtük yaranır. Soğancığın hüceyrələri çoxalaraq saçın böyüməsini təmin edirlər, saçın sterjeni ölü və buynuz maddəsinə dönmüş hüceyrələrdən formalaşan üç qatdan ibarətdir: az və ya çox yumşaq mərkəzdən, möhkəm qabıq qatından və kutikuladan (kutikulanın hüceyrələri saçın səthində kirəmit kimi qoyulmuş iti pilləkənciklər yaradır)

Sonda köhnə saçlar yeni tükün böyüməsi təsiri altında tökülür və silsilə yenidən başlayır. Birinci mərhələ iki ildən dörd ilədək davam edir, ikinci mərhələ 15—20 gün, sonuncu isə 90 gündən 120 günə kimi. İstənilən anda saçın təxminən 93% böyümə dövrünün birinci fazasında olur, 1 % — ikinci fazada və  6 % — üçüncüdə. Başda olan saçlar bədən tükləri kimi hormonal təsirə reaksiya verir və genetik olaraq bir insanın həyatı ərzində böymə silsiləsini 24—25 dəfə təkrar etməyə proqramlaşdırılıb.

Qadın və kişi bədənlərində saçın yerləşmə zonaları

Saçın üç əsas növü var: uzun, cod və yumşaq

Əsasən yerləşdiyi yerlər:

  • Başda (kəllə və üzdə).
  • Qoltuqaltı nahiyəsi
  • Qasıq nahiyəsi

Qeyri-bərabər yayılıb. Daha çox  (90 000—150 000) kəllə nahiyəsində yayılıb (bir sm²-ə 200—460-dan çox olmamaq şərti ilə səpələnilər).[4]

Kipriklər, qaşları əmələ gətirir, burun və qulaq boşluğunda yerləşir.

Kirpikcikli saçlar sayca nisbətən azdı. Qaşda orta hesabla 600, kirpiklərdə isə 400 tük olur.[4]

Bədəninin qalan hissəsində yer alırlar.

Bir sm² 9—22-dən çox olmamaq şərti ilə yayılırlar. Belə saçların həm miqdarına görə, həmdə saç follikularının yerləşmə dərinliyinə görə fərdi fərqləri var.

  1. "hair biology – functions of the hair fiber and hair follicle" Arxivləşdirilib 2017-03-30 at the Wayback Machine. Keratin.com. Retrieved 18 February 2015
  2. "Gündəlik qulluq üçün şampunlar". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  3. Sherrow, Victoria (2006). Encyclopedia of Hair: A Cultural History. 88 Post Road West, Westport, CT: Greenwood Press. p. iv. ISBN 0-313-33145-6.
  4. 1 2 "Придатки кожи". 2011-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-14.