Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır. Yuvalarını qaya yarıqlarında və ya koğuşlarda, çox vaxt gəmiricilər, hətta tülkülərlə qonşuluqda qururlar. Qırmızı anqut ala ördəklər yarımfəsiləsinə daxil olan və Yer kürəsinin şimal yarımkürəsində yaşayan iki növündən biridir.[3]
Qırmızı anqut | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qırmızı anqut |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|