Qırmızı otaq


Qırmızı Otaq
Kırmızı Oda
Janr dram
Rejissor

Cem Karcı (1-32)
Benal Tairi (29-42)
Ali Balcı (34-42)

Başak Soysal (43-61)
Prodüser Onur Güvenatam
Ssenarist

Banu Kiremitçi Bozkurt (1-42)
Verda Pars (20-21)
Deniz Gürlek (43-61)
Melek Seven (43-55)
Ayşenur Güngör (43)
Pınar Daldikler (43)

Mehmet Barış Günger (53-61)
Rollarda

Binnur Kaya
Tülin Özen
Meriç Aral
Burak Sevinç

Gülçin Kültür Şahin
İstehsalçı ölkə

{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =

}}
İl 4 sentyabr 2020 - 18 fevral 2022
Dil Türk
Mövsüm sayı 2
Seriya sayı 61
Davametmə müddəti 150 dəqiqə
Telekanal TV8
İstehsalçı şirkət OGM Pictures
IMDb ID12687036
tv8.com.tr/kirmizi-oda

Kırmızı Oda — Onur Güvenatam tərəfindən istehsal olunan, Deniz Gürlek və Melek Seven tərəfindən yazılmış psixoloji dram türk serialıdır. Gülseren Budaıcıoğlunun 2004-cü ildə nəşr olunan "Medalyonun içi" kitabından uyğunlaşdırılan serial 4 sentyabr 2020-ci il tarixində TV8-də yayımlanmağa başladı. 2 mövsümdən ibarət olan serial 18 fevral 2022-ci ildə yayımlanan 61-ci bölümlə sona çatdı.

Kırmızı Oda serialında aktyor heyəti hər bölüm dəyişsə də; Binnur Kaya bütün epizodlarda yeganə baş rol ifaçısıdır. Serialın digər baş rol ifaçıları Meriç Aral 22, Tülin Özen və Burak Sevinç 30 bölüm serialda rol aldıqdan sonra layihədən ayrılıb. Kırmızı Oda işinə, aktyorluğuna və serialın personajlarının psixoloq və psixiatr olmasına görə sıx müzakirə olunub. Serial insanların travması, kədəri və şəxsiyyət pozğunluqlarından bəhs etdiyi üçün Netflixdə yayımlanan "Bir Başkadır" və TRT 1-də yayımlanan "Masumlar Apartmanı" ilə müqayisə edilib.

İstanbulda yaşayan Doktor Manolya Xanım (Binnur Kaya) ilə Manolya Psixiatriya Klinikasında çalışan işçiləri və onların xəstələrinin əsl hekayələrindən bəhs edən serial 2020-ci ilin ən populyar və ən çox izlənilən dram seriallarından birinə çevrilib.

İstehsal[redaktə | mənbəni redaktə et]

Mövzu[redaktə | mənbəni redaktə et]

Kırmızı Oda 2004-cü ildə yayımlanan Gülseren Budaıcıoğlunun "Medalyonun içi" kitabından uyğunlaşdırılmış serialdır. Serialda İstanbulda psixiatriya klinikasının sahibi, psixiatr Həkim Xanım və digər psixiatrlara müraciət edən xəstələrin hekayələrindən bəhs edilir.

Serialın prodüser şirkəti olan OGM Pictures daha əvvəl "Masumlar apartmanı" bundan sonra "Doğulduğunuz Ev Kaderinizdir" romanlarından bir sıra adaptasiyalar hazırlamışdı. 2020-ci ilin iyul ayında elan edilən serialın ssenari müəllifi "Kızım" ve "Hekimoğlu"-nun ssenarisini də yazan Banu Kiremitçi Bozkurtdur. Cem Karcının rejissor kürsüsünə oturduğu serialın TV8-də yayımlanacağı açıqlanıb. İkinci sezonda serialın rejissoru "Halka" və "Yeni Hayat"-ın da rejissorluğunu edən Başak Soysaldır. 2021-ci ilin avqustunda Banu Kiremitçi Bozkurtun, iştirak etməyəcəyi öyrənildi və onun yerinə "Poyraz Karayel", "Vatanım Sensin", "Anne" və "Sen Çal Kapımı" filminin ssenarisini yazan Deniz Gürlek və Melek Seven gəldi.

4 sentyabr 2020-ci il Cümə günü yayımlanan ilk bölüm 6,10 reytinq və 19 faiz payla AB qrupunda günün ən çox baxılan proqramı oldu.

Bölüm formatı[redaktə | mənbəni redaktə et]

"Qırmızı otaq"ın bir bölümü 150 dəqiqədir. Yeni bölüm yayımlanmazdan əvvəl əvvəlki bölümün ətraflı xülasəsi göstərilir. Serialda hər epizod üç müştərinin terapiya seanslarına uyğun gəlir. Hər terapiya seansından əvvəl müştəri xarakterinin şəkilləri və xarakter adları ilə səhnə göstərilir.