Qırmızı qatar (film, 1993)
"Qırmızı qatar" — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi.
- Film XX əsr hadisələri haqqında təsnifatdır. Konkret olaraq burada 70 il mövcud olmuş Sovetlər Birliyinin qırmızı parlaqlığı, dəbdəbə və illüziyası arxasında nə gizləndiyi bütün çılpaqlığı ilə göstərilmişdir. Filmə verilən ad rəmzidir. Söhbət hərfi mənada qırmızı qatardan deyil, sovet adamlarına bəxtəvərlik, firavanlıq vəd edən quruluşun sükançısı olmayan qatar kimi şütüyüb keçməsindən gedir. Yəni əsl mənada rəhbərsiz dövlət elə sükansız qatara bənzəyir.
- Ssenari müəllifi : Hafiz Fətullayev
- Quruluşçu rejissor : Hafiz Fətullayev
- Quruluşçu operatorlar : Əbdürəhim İsmayılov, Eldar İsgəndərov
- Quruluşçu rəssam : Bəxtiyar Nəzərov
- Bəstəkar : Yevgeni Şiryayev
- Səs operatoru : İlkin Kayumov
- Geyim rəssamı : Mehriban Əfəndiyeva
- Həsən Məmmədov-Həkim
- Şəhidə-Pərvinə
- Rüstəm Urazayev-Pərvin
- Fuad Poladov-Laber
- Telman Adıgözəlov-Sısqa oğlan
- Viktor Pavlenko-Lebi
- Səyavuş Aslan-Nixes
- Nikolay İvanov-Qomis
- Tamara Şakirova-Qomisin arvadı
- Ulmas Əlixocayev-Turan
- Mətlubə Əlimova-Gözəl
- Mixail Kaminski-Zoba
- Xocaəkbər Nurmatov-Anim
- Hafiz Fətullayev-Sivi
- Yelena Orrik-Akimin arvadı
- "Rimur" Konserni
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.