Fuad Ağarəhim oğlu Poladov (24 may 1948, Bakı – 4 may 2018[1], Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktyoru,[2] lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR xalq artisti (1987).
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.[3]
Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib.[4] Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.[3]
Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və 4 may 2018-ci ildə vəfat etmişdir.[5][6] Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.[7]
Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar
- Ferdinand — "Məkr və məhəbbət"(Fridrix Şiller)
- Fərhad — "Məhəbbət əfsanəsi", (Nazim Hikmət)
- Nizami — "Qılınc və qələm" (Məmməd Səid Ordubadi)
- Baron — "Həyatın dibində", (Maksim Qorki)
- Rauf — "Kərgədan buynuzu"(Maqsud İbrahimbəyov)
- Mirzə Səfi – "Mirzə Şəfi" (Nəbi Xəzri)
- Rəhman, Valeh, Salavan, Qədim, Mübarək, Həsənzadə, Səltənə — ("Mahnı dağlarda qaldı","Məhv olunmuş gündəliklər","Qəribə oğlan", "Büllur sarayda","Boy çiçəyi", və "Şeyx Xiyabani", (İlyas Əfəndiyev)
- Hamlet,Benedikt-("Heç nədən səs-küy","Hamlet" (Uilyam Şekspir)
- Şahbaz bəy — "Müsyö Jordan və dərviş Məstəli şah", (Mirzə Fətəli Axundzadə),
- Zaur — "Təhminə və Zaur" (Anar Rzayev
- Şöklü Məlik — "Torpağa sancılan qılınc", (Nəbi Xəzri)
- Çığatay — "Yağışdan sonra "(Bəxtiyar Vahabzadə)
- Avtandil — "Darıxma ana", (Nodar Dumbadze)
- Şah Qacar — "Şah Qacar", (Əli Əmirli)
- Müsyo İbrahim -"Müsyo İbrahim və Quran çiçəyi", (Erik-Emmanuel Şmitt)
Səməd Vurğun adına Rus Dram Teatrında oynadığı rollar
- Erve Monten — "Tamaşaçılara baxmaq qadağandır" (J.Marsan)
- Daniel — "Tənha kişi üçün tələ" (R. Tom)
- Pavel Trunnikov — "Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" (İ. Pikovski)
- Lopaxin — "Albalı bağı" (A.P. Çexov)
- Yuliy Sezar — "Kölgələrin oyunu" (Y. Edlis)
- Stefan — "Qara dəlik" (Q. Stefanovski)
- İblis — "İblis" (H.Cavid)
- Sankiti Oba — "Aramızdakı kabuslar" (K.Abe)
- Eddi Karbone — "Eddi Karbone" (Körpüdən görünən mənzərə) (A. Miller)
- Stefan — " Fransızsayağı ailə" (Ailənin həftəsonu) (J.Puare)
- Svetlovidov — "Ququşu mahnısı" (A.P. Çexov)
- Lord Avqust — "Avqust üzərinə düşən vəzifəni yerinə yetirir" (B.Şou)
- Floran — "Müqəddəs bədheybətlər" (J.Kokto)
- Eduard Polumb — "Dulların təsəlliçisi" (C.Marotta, B.Randon)
- Həkim Korniş — "Əlçatmaz qadın" (S.Moema)
- Napaleon 1 — "Napaleon 1" (F.Brukner)
- Kardinal Vulsi — "Şah oyunları". (Q.Qorin)
- Həkim Dorn — "Qağayı" (A.P.Çexov)
- Herman Lyuis — "Qarışıq hisslər" (R.Baer)
- Didr — "Pozğun" (E.E.Şmitt)(A.Brailovskinin tərcüməsi)…
- Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Nazim
- Ağasadıq Gəraybəyli (film, 1974)
- Axırıncı dayanacaq (film, 2014) - rol: Davud
- Ailə (film) (tammetrajlı bədii film) — rol: mafiya başçısı
- Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: Vaqif Fətəliyev
- Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası) - rol: Əmin Bəxtiyarov
- Arxada qalmış gələcək (film, 2004) - rol: Malik
- Atayevlər ailəsi (film, 1978) - rol: Şahsuvarov
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) - rol: Məcid
- Cəza (film, 1996)
- Dede Korkut hikayeleri (film)
- Dərvişin qeydləri (film, 2013) - rol: İsgəndər xan
- Dolu (film, 2012) - rol: Katib
- Etimad telefonu (film, 2001) - rol: Fuad
- Əlavə təsir (film, 2010) - film səsləndirən: Nazim Şeydayev (Əbdül Mahmudov )
- Əlvida, cənub şəhəri (film, 2006) - rol: Fariz
- Ən vacib müsahibə (film, 1971) - rol: Bacıoğlu
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Fatehlərin divanı - rol: Əmir Teymur
- Güllələnmə təxirə salınır!... (film, 2002) - rol: Xan
- Günaydın, mələyim! (film, 2008) - rol: Fuad
- Hacı Qara (film, 2002) - rol: Pristav
- Həqiqətin özü (film, 2008) - Mətni oxuyan
- Həyat çiçəyi (teleserial, 2013)
- Hökmdarın taleyi (film, 2008) - Tərcüməni səsləndirən
- İmtahan (film, 1987) - rol: Şamxal
- İşarəni dənizdən gözləyin (film, 1986) - rol: Komandan
- İstintaq davam edir (film, 1966) - rol: Səlim
- Köpək (film, 1994)
- Küçələrə su səpmişəm (film, 2004) - rol: Xəlil
- Qara "Volqa" (film, 1994) - rol: Səlimzadə
- Qayınana (film, 1978) - rol: Ayaz
- Qırmızı qatar (film, 1993) - rol: Laber
- Qırmızı terror və ya Mircəfər Bağırov (film, 1999)
- Mən evə qayıdıram (film, 2014) - rol: müstəntiq Səlimov
- Ovsunçu (film, 2002) - rol: Aslan
- Ömür və tale (film, 1998)
- Rus tərcüməsi (teleserial) — rol: Əbdu Salih (Rusiya)
- Salur Qazanın evi talandığı boy (film, 2001) - rol: Qıpçaq Məlik
- Tərsinə çevrilən dünya (film, 2011) - rol: Qasım Cəfərov
- Təsadüfi görüş (film, 1999) - rol: Murad
- Üçüncü zəng (film, 2006)
- Ümid (film, 1995) - rol: Cəbhə hərbi həkimi
- Vahimə (film, 1998) - rol: musiqiçi
- Nazlı (film, 2017) - rol: Aslan