Qırmızı qurd eşənəyi

Qırmızı qurdeşənəyi[1] (lat. lupus erythematosus) — autoimmun xəstəliklərdən biri. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir.

XBT-10 təsnifatı
M32.- Sistemli qırmızı qurd eşənəyi
M32.0 Dərmanların törətdiyi qırmızı qurd eşənəyi
M32.1+ Orqanların və orqan sistemlərin cəlb olunması ilə gedən sistemli qırmızı qurd eşənəyi
M32.8 Sistemli qırmızı qurd eşənəyin digər biçimləri
M32.9 Sistemli qırmızı qurd eşənəyi, dəqiqləşdirilməmiş
L93.- Qırmızı qurd eşənəyi
P00.8 Ana bətnində gedən patoloji prosselər nəticəsində döl və yenidoğulmuş uşaqlarda qırmızı qurd eşənəyi
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası)

Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı "qızartılı qurd" deməkdir. Hind-Avropa dillərində "lupus" sözünun açıqlaması yoxdur[2][3].

Latın dilində erythematosus (qızarmış) sözü yunan dilindən alınma erythemadan (qızartı) törəyib. Sonuncu isə erythainein (qızarmaq) felindən əmələ gəlib.

Qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Bəzi amillər təhrikedici ola bilər:

  • İrsi / Genetik [4]
  • Ətraf mühit: infeksiya, günəş şüası
  • Dərmanlar

Kliniki baxımdan qurd eşənəyi bir neçə cür olur:

  • sistematik [5][6] - ən yayqın forması, daxili orqanların patoloji prosesə cəlb olunması ilə səciyyələnir.
  • dəri forması (natamam qurd eşənəyi) - yalnız dərinin zədələnməsi ilə müşayiət olunur [7][8].
    • 3 cür olur: yerli, yayılmış və uşaq diskoid formaları [9].
  • dərmanların törətdiyi forma [10]
  • neonatal forma (körpələrdə qurd eşənəyi) [11][12]

Əlamətləri (simptomları)

[redaktə | mənbəni redaktə et]

Qırmızı qurd eşənəyi istənilən orqanı zədələyə bilər. Heç də bütün xəstələrdə dəri zədələnmələri olmur. Bəzi xəstələrdə yalnız bir orqan sistemi patoloji prosesə cəlb oluna bilər: məsələn, yalnız psixoz və ya qlomerulonefrit şəklində özünü büruzə verən kliniki biçimdə. Digər xəstələrdə bütün orqan sistemləri zədələnə bilər: bəzən bu eyni vaxtda baş verə bilər, bəzənsə tədricən gedən proqres sonucu ola bilər.

  • Dəri zədələnmələri makular, diskoid, bullöz (suluqlu) ola bilər.
  • Daxili orqan zədələnmələri bir və ya bir neçə orqan sistemlərin cəlb olunması ilə izlənilə bilər.
    • Sinir sistemi: psixoz, qıcolma (rus. sudoroqa), xoreik hiperkinez, ürək-damar sistemində aşırı laxtalanma sonucu baş verən ifliclər və s.[13]
    • Qanyaradıcı toxumalar: leyko- və limfositopeniya, anemiya, trombositopeniya və trombozlar.
    • Ürək-damar sistemi: Libman-Saks endokarditi (qeyri-yoluxucu revmatik endokardit) [14], perikardit, antifosfolipid sindrom nəticəsində aşırı laxtalanma və
    • Tənəffüs sistemi: plevrit
    • Sidik-ifrazat sistemi: qlomerulonefrit, nefrotik sindrom [15]
    • Törəmə orqanları: ürək-damar sistemində aşırı laxtalanma sonucu baş verən uşaq salmalar [16].

İnkişaf etmiş ölkələrdə qurd eşənəyi xəstələri çox vaxt bir neçə tibbi uzman tərəfindən müayinə və müalicə olunur. Məsələn, diaqnostika mərhələsində dermatoveneroloq xəstəni revmatoloq ya da terapevtin yanına yollaya bilər. Bunu psixiatr, nevropatoloq, ginekoloq da edə bilər, xəstəliyin ilkin simptomlarından asılı olaraq.

Dəri formaların diaqnostikası

[redaktə | mənbəni redaktə et]

Dəri formaları dərinin biopsiyası və qanda lupus-spesifik antibədənciklərin (əks-cisimlərin) səviyyəsini bəlirləmə nəticəsində qoyulur. Bu zaman daxili orqanların müayinəsi heç bir patoloji zədələnmə olmadığını göstərir.

Sistemli formanın diaqnostikası

[redaktə | mənbəni redaktə et]

Başqa autoimmun xəstəliklərdən ayırd olunmasını asanlaşdırmaqdan ötürü Amerikan Revmatoloji Kolleci 1982-ci ildə Sistemli qırmızı qurd eşənəyinin sinifləndirmə kriterlərini tərtib etdi [17]. Amerikan Revmatoloji kollecinin 11 meyarı:

  1. Üzün kəpənəkvari eritemi (qızartı, səpgi)
  2. Diskoid qurd eşənəyi
  3. Gün işığına həssaslıq
  4. Ağız və burunda selikli qişanın xoraları
  5. Qeyri-eroziv artrit (oynaq iltihabı)
  6. Plevrit və ya perikardit
  7. Nefrit (sidikdə silindrlərin və ya zülalın səviyyəsi günə 500 mg-dan artıq olması)
  8. Ensefalopatiya (qıcolma və ya psixoz)
  9. Qan dəyişikləri: retikulozlu hemolitik anemiya, və ya leykopeniya (< 4,000/mm³ - 2 dəfədən artıq müşahidə olunan), və ya limfopeniya (< 1,500/mm³ - 2 dəfədən artıq müşahidə olunan), və ya trombositopeniya (<100,000/ mm³ - bunu törədə bilən dərmanların təsiri istisna olubsa)
  10. İmmunoloji pozuntular: ikiqat sarmallı DNT-a qarşı antibədənciklərin (anti-isDNA-AB), və ya Smith-Antigeni antibədənciklərin (Sm-AB), və ya antifosfolipid antibədənciklərin (antikardiolipin antibədəncikləri, müsbət lupus-antilaxtalayıcı testi, və ya yalançı-müsbət Vasserman reaksiyası) qanda tapılması.
  11. Anti-nüvə antibədəncikləri (ANA)

11 kriterdən ən azı dördü müsbətdirsə, sistemli qırmızı qurd eşənəyindən danışmaq olar. Bunlar rəsmi olaraq sinifləndirmə kriterləri adlandırılsa da, Qərb uzmanları tərəfindən praktikada diaqnostika üçün də geniş istifadə olunur. Ancaq AKR meyarlarının bəzi nöqsanlarını bilmək çox önəmlidir:

[18]

  1. Qlukokortikoidlər
  2. Immuno-depressantlar
  3. Sitostatik perparatlar
  4. Salisatlar
  5. Pirazolon preparatları
  6. Indometasin

Bədəndəki histamin nisbətinin yüksəlməsi allergiyaya səbəb olar. Histaminin tarazlaşdirmaq üçün histaminli və ya kortizonlu dərmanlar verilir. Antihistaminik və kortizonlu (kortikoidlər) dərmanların əlavə təsirləri çoxdu.

Fizioterapiya və reabilitasiya

[redaktə | mənbəni redaktə et]

[19]

  1. Акрихин // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 201.
  2. "Douglas Harper. Online Etymology Dictionary - Lupus". 2016-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-02.
  3. "Douglas Harper. Online Etymology Dictionary - Wolf". 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-02.
  4. EMedicine. R Hal Scofield, MD, Professor, Department of Medicine. Genetics of Systemic Lupus Erythematosus. Arxivləşdirilib 2022-09-06 at the Wayback Machine
  5. EMedicine. Christie M Bartels, MD, MS; Chief Editor: Herbert S Diamond, MD. Systemic Lupus Erythematosus (SLE). Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
  6. EMedicine. Ivan D Camacho, MD, Voluntary Assistant Professor of Dermatology. Bullous Systemic Lupus Erythematosus (BSLE). Arxivləşdirilib 2022-04-25 at the Wayback Machine
  7. EMedicine.Ivan D Camacho, MD, Voluntary Assistant Professor of Dermatology. Acute Cutaneous Lupus Erythematosus (ACLE). Arxivləşdirilib 2022-08-12 at the Wayback Machine
  8. EMedicine. Jeffrey P Callen, MD, Professor of Medicine (Dermatology). Subacute Cutaneous Lupus Erythematosus (SCLE). Arxivləşdirilib 2022-07-08 at the Wayback Machine
  9. EMedicine. A Brooke W Eastham, MD, Resident Physician. Discoid Lupus Erythematosus. Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine
  10. EMedicine. Ivan D Camacho, MD, Assistant Professor of Dermatology. Drug-Induced Lupus Erythematosus. Arxivləşdirilib 2022-09-03 at the Wayback Machine
  11. EMedicine. Jeffrey P Callen, MD, Professor of Medicine (Dermatology). Neonatal and Pediatric Lupus Erythematosus. Arxivləşdirilib 2022-09-25 at the Wayback Machine
  12. EMedicine. Marisa S. Klein-Gitelman, MD, MPH, Associate Professor of Pediatrics. Pediatric Systemic Lupus Erythematosus. Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine
  13. EMedicine. Tarakad S Ramachandran, Professor Emeritus of Neurology and Psychiatry. CNS Lupus. Arxivləşdirilib 2022-02-26 at the Wayback Machine
  14. EMedicine. Xiushui (Mike) Ren, MD, Cardiovascular Physician. Libman-Sacks Endocarditis. Arxivləşdirilib 2022-09-17 at the Wayback Machine
  15. EMedicine. Lawrence H Brent, MD, Associate Professor of Medicine. Lupus Nephritis. Arxivləşdirilib 2019-12-20 at the Wayback Machine
  16. EMedicine. Ritu Khurana, MD, Chief of Rheumatology. Systemic Lupus Erythematosus and Pregnancy. Arxivləşdirilib 2022-04-29 at the Wayback Machine
  17. "American College of Rheumatology. 1997 Update of Revised Systemic Lupus Erythematosus". 2014-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-01.
  18. EMedicine. Niral M Patel. Anti-Smith Antibody. Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine
  19. EMedicine. Bertram Greenspun, Clinical Associate Professor, Department of Physical Medicine and Rehabilitation. Physical Medicine and Rehabilitation for Systemic Lupus Erythematosus. Arxivləşdirilib 2022-04-25 at the Wayback Machine