Perikardit

Perikardit – ürəyin seroz qişasının ya ürək kisəsinin iltihabı. Müxtəlif xəstəliklər fonunda və müstəqil olaraq meydana çıxır. Etiologiyasına görə infeksion, autoimmun, travmatik və ideopatik perikarditlər ayird edilir.

Perikardit
EKQ də perikardit əlaməti: ST seqmentinin qalxması .
EKQ də perikardit əlaməti: ST seqmentinin qalxması .
XBT-10 I01.0, I09.2, I30.-I32.
XBT-9 420.90
DiseasesDB 9820
MedlinePlus 000182
eMedicine med/1781 emerg/412
MeSH D010493
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etioloji təsnifat (E. E. Qoqin 1979)

[redaktə | mənbəni redaktə et]
  • İnfeksion:
  1. Revmatik;
  2. Vərəmli;
  3. Bakterial: (qeyri spesifik – kokk mənşəyli, septiki spesifik qarın yatalağı, dizenteriya, qarayara, vəba, taun, tulyaremiya ilə əlaqəli)
  4. Göbələk;
  5. Viral;
  6. Rikketsioz
  • Aseptik perikarditlər:
  1. Allergik;
  2. Qan xəstəlikləri və hemorragik diatezlərlə əlaqəli;
  3. Birləşdirici toxuma xəstəlikləri ilə əlaqəli;
  4. Travmatik;
  5. Şüa təsirindən;
  6. Post infarkt (Dressler sindromu)
  7. Maddələr mübadiləsi pozğunluğu ilə (uremiya, podaqra) əlaqəli;
  8. Qlükokortikosteroid müalicəsi ilə əlaqəli;
  9. C vitamini çatışmazlığı ilə əlaqəli;
  • İdiopatik perikarditlər

Kliniki təsnifat

[redaktə | mənbəni redaktə et]
  • kəskin perikardit:
  1. Quru (fibroz);
  2. Eksudativ: seroz-fibroz, hemmoragik, irinli;
  3. Ürək tamponadalı;
  4. Tamponadasız.
  • Xroniki perikardit:
  1. Eksudativ;
  2. Adheziv;
  3. Simptomsuz
  4. Ürək funksiyası pozğunluqlu;
  5. Zirehli ürək
  6. Konstriktiv perikardit

E. S. Valiqura görə təsnifat

[redaktə | mənbəni redaktə et]
  • Xroniki eksudativ perikardit
  • Xroniki konstriktiv perikardit
  • Zirehli ürək