Qırmızı vəba

Qırmızı vəba (The Scarlet Plague), Cek London tərəfindən postapokaliptika janrında yazılmış və 1912-ci ildə London Magazine-də yayımlanan qiyamət sonrasını ifadə edən romandır. Kitabın 2020-ci ildə Koronavirus epidemiyasına çox bənzər olduğu, xüsusilə Londonun yaşadığı dövrdə yazıldığı qeyd edilməlidir. O dövrdə hazırda olduğu kimi dünya ölkələri bir-birinə bu qədər səyahətlə bağlanmamışdı.[1]

Süjet[redaktə | mənbəni redaktə et]

Hekayə 2073-cü ildə, idarəolunmaz bir epidemiya olan Qırmızı Ölümün[2] planetin əhalisinin sayının azaldıqdan altmış il sonra baş verir. James Smith, qırmızı vəba epidemiyasından sonra sağ qalanlardan biridir və hələ də San Fransisko bölgəsində qalır və nəvələri Edvin, Hoo-Hoo və Hare-Lip ilə birlikdə səyahət edir. Nəvələri gəncdir və çoxsaylı insan yaşadığı dünyada ibtidai ovçu kimi yaşayırlar. Dil qabiliyyətləri kimi ağılları da məhduddur. Edvin, "Granser" dedikləri Smithdən qırmızı ölüm adlandırılan xəstəlikdən danışmağını istəyir. Smith, İngilis professoru olduğu zaman vəba xəstəliyindən əvvəlki həyat hekayəsini danışır. 2013-cü ildə, "Beşinci Morgan, Maqnatlar Şurası tərəfindən Amerika Birləşmiş Ştatlarının Prezidenti təyin edildikdən" bir il sonra xəstəlik meydana gəldi və sürətlə yayıldı. Əzab çəkənlər, ilk olaraq qızılı (və ya qırmızı) rəngə çevrilir və ayaqlarında uyuşumalar başlayırdı. Qurbanlar ümumiyyətlə simptomları ilk dəfə gördükdən 30 dəqiqə sonra ölürdü. Xalqın həkimlərə və elm adamlarına etibar etməsinə baxmayaraq, heç bir müalicə yolu tapılmır və buna cəhd edənlər də xəstəlik nəticəsində ölürdülər. Nəvələr Smithin görünə bilmədikləri üçün xəstəliyə səbəb olan "mikroblara" inamını şübhə altına alır. Smith, hekayəsinə davam edərək dərs verərkən gənc bir qadının üzünün qırmızıya çevrildiyi zaman qırmızı vəba qurbanının ilk şahidi olduğunu qeyd edir. O qız tez ölür və tezliklə şəhərciyi bir çaxnaşma bürüyür. Smith evə qayıdır, ancaq ailəsi onun yoluxduğundan qorxduqları üçün ona yaxınlaşmaqdan imtina edir. Tezliklə epidemiya ərazini bürüyür və sakinlər iğtişaşlar törətməyə və bir-birini öldürməyə başlayırlar. Smith, kollecin kimya binasında həmkarları ilə görüşür, problemin həll olunmasını burada gözləməyi ümid edirlər. Tezliklə təhlükəsizlik üçün başqa bir yerə getməli olduqlarını və şimala doğru köçməyə başlamalı olduqlarını anlayırlar. Qısa müddətdə Smithin ətrafında olan bir çox insan bu xəstəlikdən ölür və yalnız o bu vəziyyətdən xilas olur. Uzaq bir yerdə üç il tək başına yaşayır. Nəhayət, sosial əlaqəyə ehtiyacı onu başqa insanları axtarmaq üçün yenidən San Fransisko bölgəsinə gəlməyə məcbur edir. Burada qəbilələrə bölünən bir neçə sağ qalan insanlarla yeni bir cəmiyyət qurulduğunu kəşf edir. Danışılanların bir real hadisəyə əsaslanmağına baxmayaraq, uşaqlar(nəvələr) onlar üçün tamamilə inanılmaz görünən keçmişlə bağlı xatirələri ələ salır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Matthews, Joe (2020-04-13)."What Jack London got right about COVID-19, 110 years ago" Arxivləşdirilib 2020-04-29 at the Wayback MachineThe Baltimore Sun. Arxivləşdirilib 2022-09-21 at the Wayback MachineTribune Publishing Arxivləşdirilib 2022-09-09 at the Wayback Machine
  2. Evening Standard; Arxivləşdirilib 2022-09-30 at the Wayback MachineBack to the future again;
  3. "The Scarlet Plague by Jack London- eBook". 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.