Apokaliptika və postapokaliptika

Apokalipsis vizual incəsənətdə də təsvir edilmişdir. Məsələn, Albert Quduinin "Apokalipsis" əsəri (1903).

Apokaliptika və postapokaliptikaElmi fantastika, elmi fantaziyaqorxu fantastikanın altjanrı. Bu janrlarda olan əsərlərin süjetləri qlobal fəlakət yaşamış br dünyada inkişaf edir. Əsərlərdə baş verən apokalipsis hadisəsi qaçınılmaz qlobal istiləşmə kimi iqlimi, zərbə hadisəsi kimi təbbi, nüvə müharibəsi və ya təbii ehtiyatların tükənməsi kimi süni, pandemiya kimi tibbi, qiyamət günü, parusiya və ya raqnarök kimi esxatoloji və ya zombi-apokalipsi, maşınların üsyanı, texnoloji tekillik, disgenetika və ya əcnəbilərin hücumu kimi bədii ola bilər. Əsərin süjeti fəlakət hadisəsinin qarşısının alınması cəhdi, hadisənin nəticələriylə ilə məşğul olmaq və yaxud postapokaliptik, fəlakətin sonrasıyla bağlı ola bilər. Vaxt çərçivəsi sağ qalanların psixologiyası və çətinlikləri, insan irqinin canlı qalması üçün etdikləri üzrə mərkəzləşərək fəlakətdən dərhal sonra, yaxud fəlakət əvvəli insan mədəniyyətinin unudulması (və ya mifləşdirilməsi) üzrə mərkəzləşərək fəlakət hadisəsindən xeyli sonra başlaya bilər. Postapokaliptik məzmunlar adətən texnologiyasız və ya cəmiyyətintexnologiyanın səpələnmiş halda olduğu bir gələcəkdə baş verir.

Babilistanibranilər daxil olmaqla, müxtəlif qədim cəmiyyətlər "Gilqameş dastanı" (təx. b.e.ə. 2000–1500) kimi dünya və insan cəmiyyətinin sonuna həsr olunmuş apokaliptik ədəbiyyatmifologiya əsərləri yaratmışdır. XIX əsrin əvvəllərində Meri Şellinin "Sonuncu adam" romanı nəşr olunandan bəri müasir apokaliptik əsərlər yazılır.[1] Lakin, ədəbiyyatın bu janrı İkinci Dünya müharibəsindən sonra, Soyuq müharibə dövründə, nüvə silahının partlaması nəticəsində qlobal məhv ehtimalının ictimai şüura daxil olanda məşhurluq qazanmışdır.

  1. Booker, M. Keith & Thomas, Anne-Marie. The Science Fiction Handbook. John Wiley and Sons. 2009. 2016-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]