Qırmızıdöş zəlicə

Qırmızıdöş zəlicə (lat. Oulema melanopus) — Yarpaqyeyən böcəklər fəsiləsinə (lat. Chrysomelidae) mənsub olub, dənli bitkilərin əsas zərərvericilərindən biridir. İlk dəfə 1758-ci ildə Karl Linney tərəfindən təsvir olunub.

Qırmızıdöş zəlicə
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Biologiyası[redaktə | mənbəni redaktə et]

Oliqofaq növdür. Demək olar ki, bütün yabanı və mədəni dənli bitkilərlə qidalanır. Lakin buğda, arpa, çovdar və yulafa daha çox ziyan vurur. İldə bir nəsil verir. Qışı keçirmiş yetkin dişi fərdlər yumurtalarını qrup şəklində və ya tək-tək yarpağa qoyurlar. Yumurtalar silindr və ya şarşəkilli olub, parlaq sarı rəngdən başlayaraq tədricən tündləşir. Sürfə çıxana yaxın yumurtanın rəngi qaralır. Yumurtaların inkişafı temperaturdan asılı olaraq 4-23 gün çəkir.[1] Yumurtadan çıxan sürfələr müxtəlif yaş dövrlərində nazik selik qatı ilə örtülü olur. Növün adı da (zəlicə) buradan götürülmüşdür. Həm sürfə, həm də imaqo mərhələsində bitkiyə ziyan vurur, lakin sürfənin vurduğu ziyan daha qabarıqdır. Belə ki, yetkin fərdlər yarpaqda boyuna dəlik açır, sürfələr isə bitkinin bütün parenximasını məhv edir. Zədələnmiş yarpaqlarda ağ rəngli boyuna zolaqlar əmələ gəlir. Bu da yarpağın fotosintezedici sahəsinin azalmasına, zədələnmə çox olarsa hətta bitkinin tamamilə qurumasına səbəb olur. Puplaşma torpaqda baş verir.

Entomofaqları[redaktə | mənbəni redaktə et]

Diaparsis carnifer, Lemophagus curtisTetrastichus julis, Anaphes flavipes qırmızıdöş zəlicənin təbiətdə sayını tənzimləyən parazitoidlərdir. Anaphes flavipes zərərvericinin yumurta, Diaparsis carnifer, Lemophagus curtisTetrastichus julis isə sürfə parazitoidləridir. Coccinellidae növlərinin qırmızıdöş zəlicənin yumurta və sürfələri ilə qidalandığı da məlumdur.[2]

Zərərvurma dərəcəsi[redaktə | mənbəni redaktə et]

Payızlıq buğdada böcəklərin iqtisadi ziyanlı həddi toxumluq taxıl əkinlərində 1m2-də 25 böcəyə, adi taxıl əkinlərində isə 35 böcəyə bərabərdir. Sürfələrin iqtisadi ziyanlı həddi toxumluq taxıl əkinlərində 1 gövdədə 0,5 sürfəyə, adi taxıl əkinlərində isə 0,6-0,7 sürfəyə bərabərdir. Zərərvericiyə qarşı kimyəvi dərmanlamalar bu həddlərə uyğun aparılmalıdır.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Yarpaqyeyən böcəklər

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Oulema melanopus L. - Пьявица красногрудая.
  2. Species Oulema melanopus - Cereal Leaf Beetle

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Mirzəyeva N.B. Azərbaycanın yarpaqyeyən böcəkləri. Bakı: Elm, 1988, 212 s.
  2. Glogoza, P (2002). "North Dakota Small Grain Insects: Cereal Leaf Beetle" (PDF). North Dakota State University. Retrieved 2013-09-18

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.
  2. "Arxivlənmiş surət". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.
  3. "Arxivlənmiş surət". 2017-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.