Yarpaqyeyən böcəklər

Yarpaqyeyən böcəklər (lat. Chrysomelidae) — sərtqanadlılar dəstəsinə (lat. Coleoptera) aid olub, fəsilənin dünyada 40000, Azərbaycanda isə 400-dən artıq növü məlumdur.

Yarpaqyeyən böcəklər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Fəsiləyə daxil olan növlərin ümumi əlamətləri bütün ayaqlarının gizli beşbuğumlu pəncəyə malik olmasıdır. Belə ki, əsl dördüncü buğum reduksiya olunmuşdur, görünən buğumların sayı dörddür, üçüncü buğum ikipərlidir. Bədən quruluşu oval və ya slindrik, gödək və nisbətən yığcamdır. Növlər əsasən metal parıltılı olub, qanadüstlükləri hamar və tüksüzdür. Fəsiləyə daxil olan növlər xarici görünüşünə görə bir-birindən kəskin fərqlənirlər: uzunsov, oval, şarşəkilli və s. formalarda olurlar. Uzunluqları 2–30 mm-dir.[1] Bığcıqları irəli yönəlmiş və ya S-şəkilli əyilmişdir. Sürfələrin bədəni düz və S şəkilli əyri olur. Başı hipoqnatik, minalayan formalarda isə proqnatikdir. 1-6 gözcüyü, 1-3 buğumlu gödək bığcıqları var. Qarıncığı 10 seqmentdən ibarətdir. Ayaqları gödək, 4 buğumludur.

Dişi fərdlər yumurtalarını bitkinin yarpağına və ya gövdəsinə qoyur. Yumurtalar rəngarəng olub, əsasən sarı rəngdən qırmızıya qədər dəyişə bilir. Yırtıcılar və parazitlər adətən yumurtalara üstünlük verirlər. Sürfələrin morfologiyası həyat tərzindən asılı olaraq növə görə dəyişir.

Fəsilənin nümayəndələri yüksək ixtisaslaşmış fitofaqlar olub, aralarında oliqofaq növlərə tez-tez rast gəlinir. Fəsilənin adından göründüyü kimi nümayəndələri müxtəlif bitkilərin əsasən yarpaqları ilə qidalanır. Sürfələr və imaqolar yarpağın üst hissəsində qidalanaraq orada müxtəlif ölçülü deşiklər açırlar. Əksər yarpaqyeyən böcək növləri kənd və meşə təsərrüfatının ciddi ziyanvericiləridir: kolorado böcəyi, saplaq və xaççiçəkli birələri, qovaq, söyüd, qarağac, qızılağac yarpaqyeyənləri və s. Oulema melanopus, Chaetocnema aridulaChaetocnema hortensis növləri dənli bitkilərin, xüsusən də payızlıq buğdanın təhlükəli zərərvericiləri hesab olunur. Hazırda Azərbaycanda 100-dən artıq ziyanlı yarpaqyeyən növü qeydə alınmışdır.

Yarpaqyeyənlərə Antraktida və Arktikanın böyük hissəsindən başqa hər yerdə rast gəlinir.[2] Azərbaycanın özünəməxsus şəraitində yarpaqyeyən böcəklər təbii iqlim zonaları üzrə qeyri-bərabər paylanmışdır. Belə ki, Böyük Qafqazda 200-dən artıq, Kiçik Qafqazda 196, Lənkəran zonasında 260-dan çox, Kür-Araz ovalığında isə 80 növ qeydə alınmışdır.

Yarımfəsilələri

[redaktə | mənbəni redaktə et]

Fəsiləyə aşağıdakı yarımfəsilələr daxildir:[2]

  • Bruchinae Latreille, 1802
  • Cassidinae Gyllenhal, 1813
  • Chrysomelinae Latreille, 1802
  • Criocerinae Latreille, 1804
  • Cryptocephalinae Gyllenhal, 1813
  • Donacinae Kirby, 1837
  • Eumolpinae Hope, 1840
  • Galerucinae Latreille, 1802
  • Lamprosomatinae Lacordaire, 1848
  • Sagrinae Leach, 1815
  • Spilopyrinae Chapuis, 1874

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Mirzəyeva N.B. Azərbaycanın yarpaqyeyən böcəkləri. Bakı: Elm, 1988, 212 s.
  • Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar / M.Ə.Musayevin redaktəsi ilə. Bakı: Elm, 2004, 388 s.
  • Lopatin I. Order Coleoptera, family Chrysomelidae // Arthropod fauna of the UAE, 2008, v.1 pp. 312–324
  1. "ЖУКИ ЛИСТОЕДЫ (CHRYSOMELIDAE)". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.
  2. 1 2 "Family Chrysomelidae - Leaf Beetles". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.