Qırmızılar, qaralar və başqaları (rus. Красные, черные и другие)
Qırmızılar, qaralar və başqaları | |
---|---|
Fayl:Qırmızılar, qaralar və başqaları (film, 1969).jpg | |
Janr | tarixi |
Rejissor | Rasim İsmayılov |
Ssenari müəllifi | Rasim İsmayılov |
Operator | Vaqif Behbudov |
Rəssam | Rasim İsmayılov |
İstehsalçı | "Ekran" |
İlk baxış tarixi | 1969 |
Filmin növü | qısametrajlı cizgi televiziya filmi |
Müddət | 14 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca (mətnsizdir) |
İl | 1969 |
Texniki məlumatlar |
2 hissə 550 metr 35 mm |
Rəng | rəngli |
Karl Marksdan soruşmuşlar: Sizin ən sevdiyiniz rəng? Qırmızı deyə cavab vermiş... Fəzanın ənginliklərində kiçik rəngli kürə fırlanır. Diqqətlə baxdıqda bunun Yer kürəsi olduğu bilinir. Bizim dünyamız, insanların dünyası... Yer üzündə ağ, sarı, qaradərili insanlar yaşayır. Onların arasında yalnız qırmızılar yoxdur.
"Qırmızılar, qaralar və başqaları" — bu film-alleqoriyadır. Dünyada kommunist ideyaları yarananda, özünü təsdiq edəndə ekranda dövrün obrazı mücərrəd rəngli rəmz-fiqurlar görünür, eyni zamanda geniş tamaşaçı kütləsinə tanış olan kino sənədləri canlanır, radio verilişləri, mahnı və nitqlər səslənir.
Konkret tarixi misallarla Qırmızılarla Qaraların bir əsrlik mübarizəsi təsvir edilmişdir.
Kosmosun ənginliklərində kiçik kürə fırlanır. Qırmızı kürə. Bu, planetdir. Yer planeti. İnsanların yaşadığı planet.
Müəlliflər işıq və səs vasitəsilə tamaşaçıları əbədi mövzuya-cəmiyyətdə, ölkədə və dünyada xeyirlə şərin mübarizəsinə yeni şəkildə baxmağa sövq edirlər. Burada biz Leninin, Stalinin, Hitlerin səslərini eşidir, müxtəlif marşları dinləyirik.
Film mətnsizdir
Filmin çəkilişlərində çöplərdən istifadə olunmuşdur.
Film V.İ.Leninin 100 illik və Azərbaycan SSR-in 50 illik yubileylərinə həsr edilmişdir.