Qırmızıqanad mərcimək quşu

Qırmızıqanad mərcimək quşu, Sərçəkimilər dəstəsindan bir quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]

Qırmızıqanad mərcimək quşu
RhodopechysSanguineus.jpg
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qırmızıqanad mərcimək quşu
Beynəlxalq elmi adı

Təsviri[redaktə | mənbəni redaktə et]

Adi tarla torağqyını xatırladan səsi vardır. Çoxalma dövründə qayalıqların zirvələrinə və ümumiyyətlə 1500 m-ə qədər qalxırlar. Uzaqdan tünd qəhvəyi, yaxınlaşıldığında çox aşkar görünən çəhrayı, qara kənarlı qanadları, tünd rəngli başı, naxışlı üzü naxışı və bədən xalları görsənir. Erkəklərin quyruq kökləri çəhrayı və quyruq ucları ağdır. Cinslər arasında fərq vardır. Geyimlərində mövsümi dəyişiklik müşahidə edilmir. Cavan fərdlərdə açıq qəhvəyi rəngdədir və

Yayılması[redaktə | mənbəni redaktə et]

Növ dünya üzrə geniş yayılma arealına malik olub. Türkiyədən Pakistanın şimal-şərqinə qədər olan bölgənin yüksək seqmentlərində; ayrıca Şimali Afrikada Atlas Dağlarında yayılmışdır. Azərbaycanda əsasən Naxçıvan Muxtar Respublikanın CulfaOrdubad rayonlarının dağlıq ərazilərində rast gəlinir, Cənub Bölgəsində Zuvand yaylasında rast gəlinməsi ehtimal olunur.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Yüksək dağlardakı çılpaq və bitkisiz qayalıqlarda və ya çınqıllı yamaclarda, bəzən seyrək ardıçlıq meşələri olan ağaclı-kolluq sahələrdə 1500 m ən hündür ərazilərdə yuvalayır yaşayırlar. Qışlama üçün daha alçaq ərazilərə enə bilir. Əsasən kollarda, bəzən də qayaların catlarında yuva qururlar. Qidasının əsasını alçaqboy bitkilərin (əsasən, Chenopodiaceae, Boraginaceae, Cruciferae və Compositae fəsiləsinə aid) toxumları və çoxalma dövründə bəzi onurğasızlar təşkil edir. Aprel-may aylarında yumurta qoymağa başlayırlar. Yuvasını az bitki olan, təpəsində qaya çıxıntısı, tikanlı bitki və ya koldan örtüyü olan qaya çuxuruna, bəzən də iki qaya arasındakı yarıqda qururlar. Oval və bir az parlaq olan 4 - 5 yumurta qoyurlar. Yumurta açıq mavi rəngində və xüsusilə geniş ucu bənövşəyiqəhvəyi xallarla örtülüdür. Kürt yatma müddəti 13 - 15 gün olur, yalnız dişi kürt yatır.

Sayı[redaktə | mənbəni redaktə et]

Dünya üzrə böyük saya malikdir. Avropada ehtimal olunan sayı 300.000 cütdən çoxdur. Azərbaycanda, əsasən Naxçıvan Muxtar Respublikasında, sayı 150 - 250 cüt arasında qiymətləndirilir.

Azalma səbəbləri[redaktə | mənbəni redaktə et]

Davamsız otarma və ərazilərin biçənəklərə çevrilmə prosesləri səbəb ola bilər.

Qorunması üçün qəbul edilmiş tədbirlər: Yayıldığı bəzi ərazilərin Zəngəzur Milli Parkı, Ordubad və Zuvand Yasaqlığın tərkibində olması faydalıdır. eləcə də Naxçıvan MRin “Qırmızı kitabı”na salınmışdır. Bern konvensiyalarına daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər: Yaşayış ərazilərində otarmanın, otların biçilməsinin, kolluqların qırılmasının məhdudlaşdırılması faydalı ola bilər. Ancaq sayının azalmasında davamlı tədqiqat aparılmadığı üçün yetərli məlumat yoxdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-11.
  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 178 səh, Qırmızıqanaq mərcimək quşu.