Qısameyvəli rododendron (lat. Rhododendron brachygynum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.
Qısameyvəli rododendron | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qısameyvəli rododendron |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Koreya və Yaponiyada rast gəlinir. Şimali və Mərkəzi Yaponiya dağlarında, xüsusilə Fudziyama dağında geniş yayılmışdır və meşə sərhədindən yuxarıda kolluqlar əmələ gətirir.
Mədəni şəraitdə hündürlüyü 3 m-dən artıq olmayan, həmişəyaşıl, düzdayanan, çoxbudaqlı koldur. Zoğların qabığı tünd-bozdur. Cavan zoğları və yarpaqları bozumtul tükcüklüdür, ancaq tükləri tez tökülür. Birillik zoğları qalın, açıq-yaşıldır. Yarpaqları uzunsov-lansetvarı, uzunluğu 8-20 sm, eni 3-5 sm, küt və ya ucu biz, saplağı bir az ensiz, bünövrəsi yumru, kənarları burulmuşdur. Üst tərəfi yaşıl, parlaq, alt tərəfi qalın, bozumtul və ya qonur keçə ilə örtülmüşdür. Saplaqların uzunluğu 1,5-3,0 sm, bozumtu tükcüklüdür. Çiçəkləri 10-20 ədəd yumru çiçək qruplarında yerləşir, diametri 10-15 sm-dir. Çiçək saplaqlarının uzunluğu 2,0-2,5 sm, zəif tükcüklüdür. Kasacığı qısa, beş qanadlıdır. Çiçək tacının diametri 4-5 sm, enli-qıfşəkilli, zəngvarı, ağ və ya açıq-sarı, zərif çəhrayı çalarlı, yaşılımtıl və ya qonur nöqtəli, qanadlıdır. Erkəkcikləri 10 ədəddir, saplaqları bünövrədən yarısına qədər tükcüklüdür. Yumurtalığı qonur keşəlidir. Sütuncuğu çılpaq, erkəkciklərdən qısadır. İyunda çiçəkləyir, avqustda toxumlar verir.
Qışadavamlıdır.
Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur. Mədəni şəraitdə Lənkəranda, Astarada, Gəncədə becərilir.
Bizim respublikada yüksək dekorativliyi və qışadavamlılığı ilə fərqlənir.