Qıvraq nekropolu

Qıvraq nekrapolu

Qıvraq nekropoluKəngərli rayonunda, Qıvraq qəsəbəsindən cənubda, Qıvraq yaylasından Asnı çayına enən düzənlik ərazidə Tunc dövrünə aid arxeoloji abidə. Sah. 2 ha-dır. Burada diametri 3-5 m-ə çatan yonulmamış iri daşlardan qurulmuş kromlexlərə təsadüf olunmuşdur. Qəbiristanda üzərində müxtəlif məişət əşyaları və heyvan təsvirləri həkk edilmiş qoç və sənduqə formalı qəbir daşları vardır. Təsərrüfat işləri zamanı bir neçə daş qutu tipli qəbir abidəsi dağıdılmışdır. Əldə olunmuş materiallar (əsasən, monoxrom boyalı küpə və kasa tipli qablar) Naxçıvan Dövlət Tarix Muzeyinə verilmişdir.[1]

  1. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008