Qızılçubuq qızılsəbət

Qızılçubuq qızılsəbət (lat. Solidago virgaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızılsəbət cinsinə aid bitki növü.

Qızılçubuq qızılsəbət
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü (40) 80-100 sm, gövdəsi düz, aşağı hissədə çılpaq, yuxarı hissədə çiçək qrupunda budaqlanmış olan çoxillik ot bitkisidir. Aşağı yarpaqları yumurtaşəkilli, ellipsşəkilli və ya uzunsov-neştərvaridir, sivriləşmiş, mişarvaridir, qaidəsinə doğru qısa saplaqda pazşəkilli daralmışdır, bəzən qaidə hissəsi az ürəkşəkilli olur, dağınıq və qısa tüklüdür, alt tərəfdən daha tüklüdür, yuxarı yarpaqları neştərvari, oturaq və tamkənarlıdır. Qın 7-9 mm uzuluqdadır. Səbətləri uzun, ensiz və sərt, nadir halda seyrək və enli süpürgəvari çiçək qrupunda toplanmışdır; sarğı yarpaqcıqları 4-5 cərgəlidir, çox bərabər deyil, daxildəki yarpaqcıqları xətvaridir. Toxumlarının uzunluğu 4 mm-ə qədər olub, demək olar ki, silindrik formalıdır, tüklüdür, uzunluğuna görə ona bərabər olan kəkili vardır. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Orta dağ qurşağında subalpa qədər (1200-2200 m d.s.y.)

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, kolluqlarda, dağ çəmənlərində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Vitaminli, balverən bitkidir, gövdə yarpaq və çiçəkləri boyaq işlərində istifadə olunur.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 880.