Dədə-babalarımız Xəzərin, Kürün nadir balıqlarını mərcanla, mirvari ilə müqayisə edərdilər. Elə indi də qızıla bərabərdir Xəzər. Kür balıqları, qızıl balıqlar.
Qızıl balıqlar | |
---|---|
Janr | sənədli film |
Rejissor | Cəmil Fərəcov |
Ssenari müəllifi | Rauf İsmayılov |
Operator | Sərdar Vəliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1975 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | Azərbaycan SSR |
İl | 1975 |
Texniki məlumatlar |
2 hissə 560 metr 35 mm |
Rəng | rəngli |
Filmdə Xəzər dənizində və Kür çayında olan müxtəlif çeşidli balıqlar, onların nəslini artırmaq üçün bir ildən artıq yol getməli olmaları və müxtəlif maneələrə rast gəlmələri göstərilmişdir. Lakin təbiətin bu gözəl sərvəti getdikcə azalır. Bu vəziyyət alimlərimizi düşündürür və bərk narahat edir. Onlar qızıl balığın süni yolla çoxaldılması üzərində tədqiqat işləri aparırlar. Filmdə qeyd olunur ki, vaxt gələcək, alimlərin zəhməti öz bəhrəsini verəcək. Xəzər yenidən qızıl balıqların məkanına çevriləcək.