Qızıl quyu evi

Qızıl quyu evi və ya Qırmızı kürsü evi (çex. Dům U Zlaté studně) — Praqanın Köhnə şəhərində yerləşən tanınmış memarlıq abidəsidir. Özünün valehedici gözəlliyi və qədim tarixinə malik Karlova küçəsi Praqa qalasında yerləşən Kral iqamətgahı ilə birləşdirir. Karlovanın Seminarjska küçəsi ilə kəsişdiyi yerdə "Qızıl quyu" evini görmək olar. Evin bu cür adlandırılmasının səbəblərindən biri, evin yaxınlığında yerləşən qədim quyunun içindəki suyun inanılmaz dərəcədə təmiz və mükəmməl dada malik olması ilə əlaqələndirilir. Ətrafda yaşayan insanlar isə bunu quyunun dibində gizlədilən qızıl xəzinəsi ilə bağlayırdılar.

Qızıl quyu evi
Dům U Zlaté studně
Xəritə
50°05′24″ şm. e. 14°25′12″ ş. u.
Ölkə  Çexiya
Şəhər Praqa
İstinad nöm.1-86
Kateqoriyaev
Ştorxuv evi (Praqa)
Ştorxuv evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qızıl quyu evi ilk öncə İmperator II Rudolfa məxsus idi. Evin əsas fasadı Karl körpüsünə baxır. Bina İntibah dövrünə aid olmasına baxmayaraq, onun əsas fasadı barok üslubunda bəzədilmişdi.

Qızıl quyu evini həmçinin Qırmızı kürsü evi də adlandırırlar[1]. Bu adın yaranmasının səbəbi - II Rudolfun dövründə bu evdə yaşamış nunsiy Spinelli ilə bağlıdır. Spinelli olduqca çətin bir missiyanı - yəni çex xalqının rekatolizasını həyata keçirməyə çalışırdı. Vəzifəsi yüksək səviyyəli olduğundan, o tez-tez qırmızı rəngli parça ilə bəzədilmiş rahat kürsüsüdə otururdu[2]. Romantik düşüncəli və yaradıcı şəxslərin bir çoxu XIX əsrdə bu evi ziyarət etmişdirlər. Bunun da başlıca səbəbi - binada köhnə Praqaya açılan gözəl mənzərəli kiçik pivə salonunun təşkili idi. Keçən əsrin sonunda qədim ev rekonstruksiya edilərək otelə çevrilmişdi. Hazırda binada tanınmış "Aurus" oteli minlərcə turistə yüksək səviyyədə xidmət göstərir (www.aurushotel.cz).

Qızıl quyu evinin fasadı müxtəlif relyef və medalyonlar ilə bəzədilmişdi. Binanın tərtibatında o zamanlar Praqada şiddətlənən vəba bəlasından xilas etməyə kömək edən şəhər himayədarları bakirə Məryəm, müqəddəs Sebastian, müqəddəs Roh, Nepomutslu müqəddəs Yan və Rozaliyanın heykəllərini görmək olar. Tikili mövcud olduğu bütün müddət ərzində əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdı. Onun aşağı mərtəbələrdən biri özündə üç yeraltı tunel ilə zirzəmi gizlədir. Zirzəmi gizli yollar ilə iyezuitlərə aparırdı. XIX əsrin əvvəllərində binanın küçəyə açılan fasad hissəsi Yozef Malinski tərəfindən yenidənqurmaya məruz qalır.

  1. V.V.Tomek, tamže, s. 63.
  2. V.V.Tomek, Základy starého místopisu pražského I., Praha 1892, s. 63

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]