Qızıl yel xəstəliyi — dərinin kəskin infeksion iltihabi xəstəliyi. Əsasən aşağı ətraflarda qızartılı və ağrılı şişmə ilə özünü göstərir. Müdaxilə edilmədiyi təqdirdə proqressiv seyir göstərərək həyati təhlükəli fəsadlar verir.[3]
Qızıl yel xəstəliyi | |
---|---|
| |
| |
XBT-10 | Şablon:ICD10 A |
XBT-10-KM | A46 |
XBT-9 | |
XBT-9-KM | 035[1][2] |
DiseasesDB | 4428 |
MedlinePlus | 000618 |
eMedicine | med/1052445 |
MeSH | D004886 |
Vikianbarda əlaqəli mediafayllar |
Qızıl yel kəskin bakterial bir infeksiyadır. Yaranmasında bakterial iştirak edir. Bu problemi ən sıx streptokokklar qrupuna aid olan bakteriyalar törədir. Lakin qızılı stafilokokklar, qram neqativ bakteriyalar və anaerob mikroblar da bu xəstəliyi nadirən olsa da törədə bilər.
Əsasən aşağı ətraflarda xüsusən baldırda və ayaq pəncəsində qızartı, ağrı, şişmə və istilik ilə özünü göstərir. Qızdırma və halsızlıq daha ağır formalarda özünü göstərə bilər. Xəstəlik dərinləşərək yumşaq toxumada irinli abseslərə səbəb ola bilər. Daha dərin fəsadlarda bakteremiya və sepsis yaranaraq xəstənin həyatına son qoya bilər.[4]
Qızıl yel xəstəliyi klinik diaqnozdur. Yəni xəstə anamnezi və klinik əlamətlərə görə diaqnoz qoyulur. Lakin qızıl yel xəstəliyinə bənzəyən çoxlu sayda dəri xəstəlikləri vardır. Aşağı ətraflarda hər qızartı qızıl yel ola bilməz. Bəzən xəstələr yanlış diaqnozlarla uzun müddətli xətalı müalicələr alırlar. Qızıl yel xəstəliyinin dəqiq diaqnostikası üçün dermatoloq dəri biopsiyası üsuluna müraciət edə bilər. Xəstəliyin ağırlığını təyin etmək üçün dəri həkimi laborator, radioloji, mikrobioloji testlər tələb edə bilər [3]
Qızıl yel xəstəliyinin müalicəsində yerli və sistemik antibioterapiyalar istifadə edilir. Müalicə üçün xəstə anamnezi, klinik müayinə əsasında müvafiq antibiotiklər seçilir. Düzgün seçilməyən antibiotik xəstəliyi dərinləşdirə bilər. Yerli müalicələr düzgün təşkil edilmədiyi halda qızartıların artması və yayılması müşahidə edilə bilər. Dermatoloq həkimlər yerli müalicə üçün antipsetik məhlullar, kremlər və losionlardan istifadə edirlər.
Dermatoloq tərəfindən təyin edilmiş dəriyə qulluq proqramı.