Qızılböcəklər

Qızılböcəklər (lat. Buprestidae) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinə aid olan fəsilə.

Qızılböcəklər
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qızılböcəklər
Beynəlxalq elmi adı

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Bocəklər əsasən orta, nadir hallarda iri ölçülü olub, çox vaxt metal parıltılı olur. Bədənləri uzunsov, yığcam və ya silindir şəkillidir. Möhkəm çanaqla örtülmüş, qanadüstlükləri sona doğru daralır. Bığcıqları qısa, mişarşəkilli, ayaqları qısadır. Sürfələr ağımtıl, yastıdırlar. Uzun və nazik qarıncıqlıdırlar, ön döşləri genişlənmişdir, ayaqları yoxdur. Böyük olmayan tünd baş ön döşə doğru çəkilmişdir. Bədənin belə forması ağacda sərbəst hərəkət etməyə kömək edir.[3]

Qızıl böcəklər (Buprestidaе) fəsiləsi Sərtqanadlılar (lat. Coleoptera) dəstəsinin ən gözəl fəsilələrindən biridir. Dünyada Qızıl böcəklər fəsiləsinin 15 min, keçmiş SSRİ-də əsasən cənub rayonlarında 500-ə qədər növü məlumdur. Qızıl böcəklər tropik ölkələrdə (80%-ə qədər) geniş yayılmışlar.

Onlar yarpaqlarla ya da bitkinin nazik qabığı ilə qidalanırlar. Çox vaxt kambi qatını zədələləməklə ciddi ziyan vururlar. Böcəklər sutkanın gündüz vaxtlarında fəal olub, günəşsevəndirlər.İlin ən qızmar günlərində və saatlarında uçur. Əsasən, ağacların gövdələrində və yarpaqlarında təsadüf edilirlər. Təhlükə hiss etdikdə tez uçurlar, ya da bığcıq və ayaqlarını yığaraq yerə düşürlər. Ancaq bitki ilə qidalanan cücülərdir. Dişilər yumurtalarını ağacların qabığına qoyurlar. Bütünlükdə inkişafları 2 və hətta 3 il çəkir. Çoxalmaq üçün seyrək, yaxşı qızdırılan, kserofil şəraitdə yetişən, ilk növbədə talaları seçirlər. Sürfələr ovulmuş ağac və qabıqla qidalanır. Qızıl böcəklər fəsiləsi 6 yarımfəsiləyə ayrılır. Bu fəsilə özündə 185 cinsə aid 15000 növü əhatə edir ki, bunlardan da 26 cins və 338 növ Avropa və Qafqazın payına düşür. Azərbaycanda 150 cox növ qeydə alınıb. 15000 növdən 20% ən böyük Agrilus cinsinə daxildir. Onlardan 3000 yaxın növ tesvir edimişdir.

Agrilus viridis
Coraebus rubi
Coraebus elatus

Yarımfəsilə:

Triba

Yarımtriba

Cins

Triba

Yarımtriba

Triba

Yarımtriba

Cins

Triba

Yarımtriba

Yarımfəsilə

Triba

Yarımtriba

Triba

Yarımfəsilə

Triba

Yarımtriba

Triba

Yarımtriba

Triba

Yarımtriba

Triba

Yarımfəsilə

Triba

Yarımtriba

Triba

Yarımtriba

Triba

Ziyanvericiliyi

[redaktə | mənbəni redaktə et]

Onlar bir qayda olaraq sağlam ağaclara toxunmurlar. Zəifləmiş, ölmüş və ya yeni kəsilmiş köhnə, quru ağaclarda məskunlaşırlar. Bəzi gövdə ziyanvericiləri canlı ağaclarda məskunlaşaraq qabığın altında yollar açır, kambi qatını və oduncağın canlı hissələrini məhv edərək onun qurumasına səbəb olurlar. Belə həşəratlar quraqlıqdan, su basmasından, yanğından, qaz və ya toz tullantılarından, yarpaq gəmiricilərindən və s. amillərdən əziyyət cəkən meşələr üçün böyük təhlükə yaradırlar. Zəifləmiş meşələrdə gövdə ziyanvericiləri kütləvi artım ocaqları yaradırlar.Bu bəzi hallarda 2–3 il,bəzi hallarda isə zəifləmiş ağacların ehtiyatı tükənənə qədər bir çox illər davam edir. Gövdə ziyanvericiləri süni salınmış, rütubətdən əziyyət çəkən meşələr üçün daha çox təhlükəlidirlər. Böcəklərə ağ, sarı, ağ- sarı, nadir hallarda başqa rəngli çiçəklərdə rast gəlinir. Fəsilənin yalnız fitofaq olan bir çox növləri meşə və kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri kimi maraq doğurur. Qızıl böcəklər içərisində kollarda yaşayan (tamnobiontlar), həm də ağaclarda yaşayan (dendrobiontlara) növlərə təsadüf edilir. Hər iki qrup bir həyat formasında birləşdirilir. Belə ki, həm ağacda, həm də kolda yaşayan həşəratların ətraf mühitə uyğunlaşmaları demək olar ki, eynidir. Ağaclarda və kollarda məskunlaşmada yarusların da təsiri vardır (gövdə və budaqların müxtəlif hündürlük zonaları). Bir çox qızılböcəklər -xortobiontdurlar, endo — və ektobiontlar da vardır. Təsərrüfat baxımından bu böcəklər yalnız meşəçilikdə və bağçılıqda əhəmiyyət daşıyırlar. Burada da onların kütləvi artımı nadir hadisədir. Ziyanvurma həddinə görə bu fəsiləni aşağıdakı qruplara ayırırlar: 1) ziyansız növlər. Onların sürfələri yalnız məhv olmuş ağaclarda yaşayırlar; 2)nisbətən təhlükəli növlər. Sürfələri həyat qabiliyyəti olan ağacların gövdə və budaqlarında yaşayırlar; 3) çox təhlükəli növlər. Xüsusilə, cavan ağaclarda məskunlaşırlar. Belə qradasiyaya uyğun olaraq fəsilənin potensial təhlükəli bəzi cinslərini səciyyələndirmək olar.

  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]