Qızılbalıq xaosu[1] (çin.鮭魚之亂) – 2021-ci ilin martında Tayvanda baş vermiş ad dəyişdirmə insidenti. Bir çox tayvanlı şəxs Yaponiyanın "Sushiro" konveyer suşi şəbəkəsinin kampaniyasından yararlanmaq üçün adını dəyişdirmişdir. Belə ki, şirkət adında qızılbalıq (çin.鮭魚; guīyú) sözü olan şəxslər üçün pulsuz suşi təklif edirdi. İnsident ictimai şəxslər tərəfindən tənqid olunmuşdur.
Qızılbalıq xaosu
İnsidentə səbəb olmuş "Sushiro" restoranında servis edilən suşilər.
Bu dəyişiklik praktikada istənilən insanın istədiyi adı götürməsinə imkan yaratdı. Düzəlişdən üç gün sonra aktivist Huan Honçen öz adını 15 işarə uzunluğunda olan "黃宏成台灣阿成世界偉人財神總統" (azərb. "Tayvanın və dünyanın ən böyük böyük adamı, prezidenti və sərvət tanrısı adı ilə dəyişdirmişdir.[3]
"Suşiro" suşi restoranları şəbəkəsi 10–21 mart 2021-ci ildə Tayvanda qızılbalıq suşisi kampaniyası keçirmişdir. "Suşiro" növbəti kampaniyanı Facebook səhifələrində açıqlamışdır: 17 və 18 martda adları qızılbalıq (çin.鮭魚; guīyú) ilə homofon olan şəxslər endirimli suşi yeyə biləcəkdilər. Adları qızılbalıq heroqlifləri ilə dəqiqliklə eyni olan şəxslər isə başqa 5 şəxslə birlikdə pulsuz suşi yemək imkanı əldə edəcəkdilər.[4][5]
16 martda bir gülməli xəbərlər kanalı Facebook-da "Liao Qızılbalıq", "Tsantsian Qızılbalıq" və "Liu Pinhan Yaraşıqlı Qızılbalıq" adları olan üç vəsiqənin şəklini paylaşmışdır. Paylaşım viral olmuş, bir çox şəxs kampaniyadan yararlanmaq üçün adlarını dəyişdirməyə başlamış, kampaniya bitdikdən sonra əvvəlki adlarına qayıtmağı planlaşdırmışdırlar.[1][6][7][8] Ən uzun ad rekordu bir neçə dəfə yenilənmişdir: əvvəlcə 36,[9][a] sonra 40,[10][b] daha sonra 50 işarədən ibarət soyad ortaya çıxmışdır.[11][c]Tayçjunlu bir universitet tələbəsi üçüncü və sonuncu ad dəyişikliyindən istifadə edərək "Tsan Qızılbalıq Yuxusu" (張鮭魚之夢) adını götürmüş, bunun həmişəlik olacağını öyrənəndə dəhşətə düşmüşdür.[12][13] Lakin Tayçunun Mülki İşlər Bürosu onun sadəcə 2 dəfə ad dəyişdirdiyini bildirmiş, əvvəlki adına qayıtması barədə xəbərdarlıq etmişdir.[14][15] 19 marta qədər azı 332 şəxs kampaniya üçün adını dəyişdirmişdir.[16]
Hökumət rəsmiləri və siyasətçilər bu ad dəyişikliklərini tənqid etmişdirlər. Ad dəyişiklikləri ilə məşğul olan Ev Qeydiyyatı İdarələrində işləyən bəzi işçilər ərizəçilərə adlarını dəyişdirməməyə inandırmağa çalışsalar da, az müvəffəqiyyət əldə etmişdirlər.[17][18]Daxili İşlər Nazirinin müavini Çen Tsunyen bu ad dəyişikliklərinin həm vaxt itkisinə, həm də lazımsız sənədləşməyə səbəb olduğunu bildirmişdir.[1]
İctimaiyyətin ad dəyişikliklərinə reaksiyası mənfi olmuşdur.[19][20] Bəzi yazıçılar gənc və cavan nəsillər arasındakı etik dəyərlərin parçalanması haqqında fikir bildirmişdirlər.[21][22][23][24] Bir başqa tənqid qida israfı barəsində olmuşdur. Bəzi kampaniya iştirakçıları sadəcə balığı yeyib düyüyə toxunmamışdırlar.[25] Xarici xəbər agentlikləri bu hadisə haqqında yazdıqdan sonra bir neçə Tayvan xəbər nəşri bu insidenti "beynəlxalq utanc" adlandırmışdır.[26][27]
↑"聯合報黑白集/於是,我們迎來鮭魚世代"(çin). United Daily News. 22 mart 2021. 2021-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024. 這場鮭魚風暴看似有趣,卻也暴露了台灣文化淺薄的一面