Qızılca nekropolu

Qızılca nekropolu

Qızılca nekropoluCulfa rayonunun Qızılca kəndindən cənubda arxeoloji abidə.

AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Nekropolun ərazisi əkin sahəsi kimi istifadə edildiyindən təpənin üzəri şumlanmış və qəbirlər tamamilə dağıdılmışdır. Sahəsi 845 m²- dir. Nekropolun ərazisində xeyli daş yığınlarına rastlandığından qəbirlərin daş qutu tipli olduğunu ehtimal etmək olar. Nekropolda aparılan araşdırmalar zamanı qəbirlərin dağıdılması zamanı aşkar olunan keramika parçaları toplanmışdır. Keramika nümunələri çəhrayı rəngdə yaxşı bişirilmişdir. Aşkar olunan keramika nümunələrinə əsasən nek- ropolu e.ə. 4-1 əsrlərə aid etmək olar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Abidələri Ensiklopediyası. Naxçıvan.: 2008