Qızıllar

QızıllarAğsu rayonunun Nüydü kəndi yaxınlığında IX-XIII əsrlərə aid yaşayış yeri.

Nüydü düzü adlı antik dövr abidəsinin təqribən 1 km Cənubunda iri təpənin yamacındadır. Qızıllar yaşayış yerindən Orta əsrlər üçün xarakterik olan şirli və şirsiz saxsı qab məmulatı tapılmışdır. Qablar nəbati və həndəsi naxışlarla bəzədilib.