Qızılqaz

Qızılqaz (lat. Phoenicopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinə aid heyvan cinsi.

Qızılqaz
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Cins:
Qızılqaz
Beynəlxalq elmi adı

Qızılqazlar (qırmızı flaminqolar) nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılmışlar. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayırlar. Ən stabil qışlama yerləri – Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, SarısuKür-Araz düzənliyinin digər iri gölləri. Eləcə də İranda UrmiyaMaharlı göllərində. Duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşması yüksək duzluluğu olan sularda balıqların yoxluğu şəraitində qızılqazların əsas qidası xərçəngkimilərinin geniş yayılmasıdır. Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır.

Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır. 1955-ci ildə 13 cüt Salyan rayonunda Ağ-çala gölündə yuvalayıb. 1982-ci ildə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilmişdir.

Azərbaycanda qışlayan qızıl qazların sayı XX əsr ərzində 10 dəfə düşmüşdür. Məsələn, Qızılağac körfəzində 1933-1934-cü illərdə qış mövsümündə 20 mindən artıq, 1956-cı ilin dekabrında – 5 min, 1957-ci ilin fevralında güclü şaxtalardan sonra – 400-ə kimi, 1976-1977-ci illərdə – 200, 1979-cu ilin yanvarında – 200, 1982-ci ildə – 150, 1993-cü ildə – 800, 1994-cü ildə – 2800 quş müşahidə olunmuşdur.

Sayının dəyişilməsinin əsas səbəbi, yəqin ki Xəzərin səviyyəsinin dəyişilməsi ilə bağlıdır. 1978-ci ildən başlayaraq Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar qızıl qazların toplanma yerləri vaxtaşırı olaraq dəyişilir, yeni yerlər əmələ gəlir, köhnələri isə su altında qaldığı üçün qışlamağa yararsız olur.

Qızılqazların yuvaları vulkan şəklindədir. Yuva quran qızılqazlar palçıq, kiçik daş parçaları və tökülmüş lələklərdən istifadə edirlər. Maraqlısı odur ki, quşun istifadə etdiyi bu qarışıq çox tez quruyur. Yuva 30 santimetr hündürlüyündə olur. Yuvanın hündür olması su yüksələrkən yumurtanı sudan qoruyur.

Qızılqazların pərdəli ayaqları üzmələrini asanlaşdırır. Ayaqların yastı və geniş olması sayəsində qızılqazlar yumşaq palçıq üzərində belə batmadan asanlıqla gəzirlər.

Yəqin ki, fotolarda təkayaqlı qızılqazlara rast gəlmisiniz. Alimlərin gəldiyi qənaətə görə, qızılqaz quşlarının təkayaqlı duruşu onlara daha az güc sərf etməyə imkan verir. Belə ki, təkayaqlı duruş zamanı quşun sərf etdiyi enerji ikiayaqlı duruşa sərf edilən enerjidən daha azdır. ABŞ elmi qrupunun gəldiyi nəticəyə əsasən, tək ayaq üstə duran qızılqazın əzələləri, demək olar ki, heç bir gərginliyə düşmür – əksinə, quşun əzələləri dincəlir. Bu səbəbdən qızılqazlar tək ayaq üstündə durarkən, hətta mürgüləyə də bilirlər.

Digər elmi qrupların fərziyyələrinə görə isə, təkayaqlı duruş quşlara bədən temperaturunu qoruyub saxlamağa imkan verir.