Qızılsu çayı — Özbəkistan Respublikasının Saşkənd vilayəti Bosanlıq rayonu ərazisindən axan dağ çayı. Çay Çirçik çayının[1] sağ qolunu təşkil edir. Çayın ümumi uzunluğu 12 km təşkil edir.
Qızılsu çayı | |
---|---|
özb. Qizilsuv | |
Ölkə | Özbəkistan |
Mənbəyi | İki bulağın birləşməsi |
Mənsəbi | Çirçik |
Uzunluğu | 12 km |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qızılsu çayı öz başlanğıcnı iki bulağın sularının birləşməsindən götürür. Çay Minqbulaq dağının cənub əyəkləri boyunca axır. Sonradan çay ensiz dar dərə ilə cənub istiqamətinə yönəlir. Bu hissədən axan çayların əsas xüsusiyyəti şəlalələr əmələ gətirmələridir. Belə ki, bu çaykarda baş verən gursululuq dönəmində şəlalələrin sayında artım müşahidə edilir. Çay yataqlarının iri daş parçaları ilə donu olması buna səbəb olur. Bu tip kiçik çay bir nüddət sonra quruyur.
Buradan axan digər çaylar kimi Qızılsu çayıda əsasən qar sularə ilə qidalanır. Gursululuq dövrü aprel-may aylarına təsadüf edir. Çay il boyu qurumur. Qış ayları isə çayın donması müşahidə edilmir. Çaya çoxlu sayda nüvəqqəti və daimi çaylar tökülür. Üstəlik Karjantaudan gələn bulaq siları bura daxil olur.
Qısılsunun yatağı boyunca ümumi və xüsusi mülkiyyətdə olan çixlu idtirahət yerləri vardır. Burada ən aşağıda yerləşən istirahət zonası «Şamol tanrıları», ən yuxarıda yerləşəni isə uşaq düşərgəzi olan Laçındır. Çarvak qəsəbəsimdən düşərgəyə asfalt yol çəkilmişdir.
Qızılsu çayının dərəsinin yaxınlığından köhnə dəmir yolunun keçməsi onun turizmə cəlbini asanlaşdırmış və əlverişli əraziyə çevirmişdir. İstirahət bölgəsi və bu məqsədli binaların burada yerləşdirilməsi turist axının artmasına səbəb olmuşdur. Qızılsunun yatağı boyunca təşkil edilən turistik maşrutlar «çıxış günü» adını daşıyır.
Yuxarı axarlarda, «Laçın» düşərgəsindən 5 kilometr yuxarıda, çayın ensiz hissəsində, qayalıq üzərində hündürlüyü 3-6 mer olan bir neçə şəlalə vardır. Şəlalələrdən yuxarı hissədə isə növbəti turistik düşərgə yerləşir. Ərazinin küləkdən qorunması turistlərin burada gecəni keçirməsinə imkan verir.
Qızılsunun mənsəbinə yaxın hissədə iki daş göbələklər yerləşir. Onlar bir-birin arxasında yerləşir.
Qızılsunun dərəsi boyunca bir çox turistik maşrutlar vardır. Bunlara misal kimi aşağıdakıları göstərmək olar:
2012-ci il məlumatına görə bölgə sərhəd sonasına yaxın yerləşdiyindən bura gəlmək əngəllənmişdir. Bölgəyə gəlmək üçün xüsysi icazə tələb olunur.