Qızıltapılan yaşayış yeri

Qızıltapılan- Şahbuz rayonunda Ağbulaq kəndinin şimal-qərbində Naxçıvançayın sol sahilində,uzunsov təpənin üstündə orta əsrlərə aid yaşayış yeri.[1]

Qızıltapılan
Ölkə  Azərbaycan
Şəhər Şahbuz
Yerləşir Ağbulaq kəndinin şimal-qərbində
Aidiyyatı orta əsrlər
Tikilmə tarixi 5-8-ci əsrlər
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Qızıltapılan (Azərbaycan)
Qızıltapılan

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1990-cı ildə qeydə alınmışdır.Sahəsi 3500 kvadrat metrdir.Ərazidə arx çəkilərkən abidənin şimal-şərq tərəfi dağıdılmış,tikinti qalıqları üzə çıxmışdır.Buradan çəhrayı rəngli gil qab qırıqları tapılmışdır.Kəşfiyyat qazıntıları zamanı (3x3 ölçüdə) sahə çay daşlarından təmizlənmiş,mədəni təbəqədə kiçik daşlara və narıncı rəngli gil qablara,1 metr dərinlikdə isə tikinti qalığına təsadüf edilmişdir.Tikinti qalıqlarından aşağıda zəngin mədəni təbəqədən küllə dolu ocaq yeri,çəhrayı rəngli gil qab qırıqları,dəmir mıxlar,at nalının bəzi hissələri aşkar olunmuşdu.Tapıntılar yaşayış yerinin 5-8-ci əsrlərə aid olduğunu göstərir.

  1. Naxçıvan ensiklopediyası.II cilddə.I cild.Naxçıvan.2005.