Ağbulaq (əvvəlki adı: Gecəzur) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Gömür kənd inzibati ərazi dairəsi tərkibindəki Gecəzur kəndi Ağbulaq kəndi adlandırılmışdır.[2]
Ağbulaq | |
---|---|
39°26′50″ şm. e. 45°43′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Gecəzur kəndində 13 evdə 30 nəfəri kişilər 24 nəfəri isə qadınlar olmaqla 54 nəfər erməni (10 fevral 1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinin XV bəndinə əsasən 16 mart 1828-ci ildə Qacar dövlətindən köçürülmüşdülər) yaşayırdı.[3] Əhalisi 536 nəfərdir (2009).