Qızılyarpaq sünbül

Təbii halda Çində və yaponiyada bitir.

Qızılyarpaq sünbül
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 5-8 m-ə qədərdir. Onların gövdəsinin hündürlüyü 15 m-ə qədər, diametrləri isə 6,5 sm-ə qədərdir. Gövdələri açıq-yaşıl rəngdədir, işıq düşən tərəfləri qızılı-sarı rəngdə görünür. Gövdə qınları töküldükdən sonra cavan gövdələrdə parlaq mum örtüyü olur. Yarpaqları sarı-yaşıl, xırdadır. Yazda vegetativ yolla, qələmlərlə və kolların bölünməsi ilə çoxaldılır. Yayda tez böyüyür, ona görə bambukun gövdələrini qışa yaxın torpağa əymək və üstünü örtmək lazımdır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Bitki əkildikdən sonra çox nəmişlik tələb edir. Məhsuldar torpaqlarda yaxşı bitir. Günəşdə və yarımkölgədə yetişdirilə bilər. Qışadavamlılığı zəifdir. İşıqlı dağ yamaclarında və çayların yüksək sahillərində, allüvial torpaqlarda və orta dərəcədə rütubətli olan yerlərdə daha yaxşı böyüyüb inkişaf edir. Bambuk soyuqdan və küləkdən qorunan yerlərdə yaxşı bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəran və Astara rayonlarında rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Bambuklar yüksək dekorativ keyfiyyətlərə malik olmaları ilə fərqlənir. Oduncağından tikintidə, mebel və idman ləvazimatı, balıqçılıq əşyalarının və s. hazırlamaq üçün istifadə edilir. Alçaq bambuk bağın kölgəlik sahələrində və yamaclarının bərkidilməsi üçün torpaqqoruyucu bitki ola bilər.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]