Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qızlar qalası — Qəbələ rayonunun Zalam kəndindən təxminən 3 km şərq tərəfdə, adğın üstündə, əlverişli coğrafi şəraitdə yerləşir. Qala güclü dağıntıya məruz qalmışdır. 1972-ci ildə qajada aparılan arxeoloji qazıntılar nəticəsində qala divarları, bürcləri və darvaza yeri tam aşkarlanmışdır. Dördkünclü biçimdə olan Qızlar qalasinin uzunluğu 16,5 metr, eni 15,7 metrdir. Qala divarlarının qalıqlarının hündürlüyü bəzi yerlərdə 1,5 metrə qədərdir. Qalanın hər bir küncündə monolit dairəvi bürc, hər bir divarında isə yarımdairəvi kontrfors vardır. Bürclərin diametri 3,5 metr, kontrforsların diametri isə 1,5 metrdir. Darvaza qalanın cənub-qərb tərəfində yerləşir və eni 1,8 metrdir. Qalanın salamat qalmış qalıqları daşdan kirəc məhlulu ilə inşa olunmuşdur. Lakin ətrafa səpələnmiş 33 X 33 X 8 sm ölçüdə bişmiş kərpic nümunələrinin çoxluğu istehkamın üst hissəsinin həmin inşaat materialından hörüldüyünü söyləməyə imkan verir.
Arxeoloji qazıntılar nəticəsində Qızlar qalasında 20 sm qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunmuş, daş sütun altlığı fraqmenti və xeyli şəxsi qab qırıqları tapılmışdır. Faktiki materiallar Qızlar qalasının IX əsrdə inşa olunduğunu və XI əsrin əvvəllərinədək istifadə edildiyini söyləməyə imkan verir.