Qızqala (Dağ)

QızqalaAzərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində dağ adı.

Qızqala
Yerləşməsi
Ölkə  Azərbaycan

Toponomik izahı

[redaktə | mənbəni redaktə et]

Qarabağ sıra dağları silsiləsində zirvələrdən birinin adı (2480 m). AzərbaycandaErmənistanda bir neçə “Qızqala“ və “Qızqalası“ adlı qalalar vardı. XIX əsrə aid məlumatlarında Cənubi Qafqazda 6 Qızqala, 7 Qızqalası toponimi vardı. Bu qalalar keçmişdə hökmdarların və hakimlərin xarici təhlükə baş verdikdə arvad, ana, bacı və qız- gəlinlərin düşmən əlinə keçməməsi üçün sığınacaq yerləri idi. Qadınların düşmən əlinə keçməsi hökmdar üçün böyük rüsvayçılıq sayılırdı. “Qızqala“ və “Qızqalası“nın mənaca "alınmazlıq", "fəth olunmazlıq", "Bakirəlik" deməkdir. Bəzi tədqiqatçıların “Qızqalalarının“ “Avesta“ da Anahid su ilahəsinin şərəfinə tikilməsi fikri həqiqətə uyğundur. “Avesta“dakı Anahid ilahə adının (farslarda VI əsrdə Anahid Dan Ulduzu, yəni Venera idi) özü qədim türk dillərində ana (ənə) və hıt (sıt) müqəddəs (günəş işığı) sözlərindən ibarətdir. Azərbaycanda olan bütün qalalar dəniz və çay kənarlarında tikilmişdir.[1]

  1. B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı-2005