Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür.
Qəşəng qayışləçək | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Qəşəng qayışləçək |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir. Dodaqcıq uzunluğundadır, tərs-pazşəkillidir, fır-fır rənglidir. Yan dodaqcığın pərləri qısadır, uzunsov, küt, ortada yerləşən dilcikşəkilli, yuxarı tərəfdən enliləşmiş, 10- uzunluğundadır. Mahmızı əyilmiş, silindrik, 2 dəfə yumurtalıqdan qısadır.
Çiçəkləmə may-iyun aylarına təsadüf edir. Aşağı dağ qurşağından başlayaraq yuxarı dağ qurşağına kimi, meşə və meşə kənarlarında, kolluqlar arasında, bozqır yaylalarda rast gəlinir.
Böyük Qafqazın Quba hissəsi (Qusar rayonu), Lənkəranın dağlıq ərazilərində rast gəlinir
Kök yumrularının səhləb almaq üçün istifadə edilir.
Populyasiyası çox nadirdir. İtmə təhlükəsi altındadır.
Azərbaycanın Botanika İnstitutunun Botanika bağında (Bakı) becərilir.
Yaşayış ərazisinin deqradasiyası, otarılma, tapdalanma müşahidə olunur.
Bəzək bitkisi kimi becərilməli və təbii populyasiyası mühafizə olunmalıdır.
BQ Quba sahəsi, Xəzər sahili ovalığının rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə və meşə kənarlarında, kolluqlar arasında, bozqır yaylalarda rast gəlinir.
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.