Qəşəng süsən

Qəşəng süsən (lat. Iris elegantissima) — süsənkimilər (Iridaceae) fəsiləsindən bitki növü.

Qəşəng süsən
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qəşəng süsən
Beynəlxalq elmi adı
Poçt markası (1993).

Elmi adı - Iris elegantissima D. Sosn. 

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.[1]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 20 sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmiş, gövdədən qısadır. Təpə yarpaqları otşəkilli-pərdəlidir, gövdədən qısadır. Çiçəkyanlığının borucuğu uzun, silindrvaridir. Çiçəkyanlığının xarici tərəfi 6 sm-ə qədər uzunluqda, aşağı dartılmış, tünd boz, tünd – qəhvəyi ləkəli damarlı, ortada iri tünd – qəhvəyi ləkə var. Daxili tərəf dikdurandır, bir neçə xarici tərəfə keçən ağımtıl, sarı-tüstüvari fonda bənövşəyi damarlıdır.[2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi iyun ayındadır. Kökümsov və toxum vasitəsilə çoxalır. Quru, daşlı-çınqıllı yamaclarda və yovşanlı yarımsəhralarda yayılmışdır. Kseromezofitdir. Dekorativ bitkidir.[2][3][4]

Naxçıvan MR (Sədərək rayonunun aşağı və orta dağ qurşaqlarında)[2][3][5][6]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyalarına kiçik sahələrdə, nadir hallarda rast gəlinir. Azalır.[6]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (növün yığılması, otarılma)[7]

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi qorunma tədbirləri yoxdur. Yasaqlıqların yaradılması vacibdir. 

Naxçıvan – Sədərək kəndi ətrafında. Azərbaycandan kənarda – Ermənistan, İranda yayılmışdır. Aşağı və orta dağlıq qurşaqlarının quru, daşlı, cınqıllı yamaclarında bitir. Nəzərə çarpacaq dərəcədə azalmaqdadır.[1]

Toxumla və vegetativ yolla çoxalır. Çiçəkləyən bitkilərin toplanması, kök yumruların gəmirəcilər tərəfindən yeyilməsi bitkinin sayının azalmasına səbəb olmuşdur. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir. Xüsusi mühafizə tədbirlər hazırlanmamışdır.

  1. 1 2 "Arxivlənmiş surət". 2017-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  2. 1 2 3 Флора Азербайджана, 1952
  3. 1 2 Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  4.  Ибадлы О.В. 2005
  5. Salayeva Z.K., 2006
  6. 1 2 Naxçıvan MR-in Qırmızı Kitabı, 2010
  7.  Hacıyev V.C., İbrahimov Ə.Ş., 1981