Armen Leonoviç Taxtacan və ya Taxtacan (erm. ձրմեն ռևոնի չախտաջյան; rus. Армен Леонович Тахтаджян) (28 may (10 iyun) 1910[1][2], Şuşa[7][1][…] – 13 noyabr 2009[3][4], Sankt-Peterburq) – Bitkilər, bitkilərin təkamülü, bitkilərin sistematikası və biocoğrafiya sahələrində XX əsrin ən mühüm simalarından biri hesab edilən Sovet — erməni botanikidir. Alimin digər maraq dairəsi olan sahələrə Çiçəkli bitkilərin morfologiyası, paleobotanika və Qafqaz florası daxil idi. O, XX əsrin ən nüfuzlu taksonomçularından biri hesab edilir. Onun bitkilərlə əlaqədar olan elmi təxəllüsü Taxt olmuşdur.[8]
Armen Taxtacan | |
---|---|
erm. Արմեն Լևոնի Թախտաջյան | |
Doğum tarixi | 28 may (10 iyun) 1910[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 13 noyabr 2009[3][4] (99 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | botanika |
Elmi dərəcəsi | |
Elmi adları | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Vladimir Komarov |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Taxtacan 1910-cu il iyun ayının 10-da Rusiya imperiyasının Şuşa şəhərində anadan olmuşdur. Babası olan Məliksan Taxtacyan Petroviç Osmanlı imperiyasının tabeliyində olan Trabzon şəhərində anadan olmuşdur. O, İtaliyada təhsil aldıqdan sonra jurnalist kimi fəaliyyət göstərmişdir. Babası 1930-cu ildə Parisdə vəfat etmişdir. Armenin atası olan Leon Məliksanoviç Taxtacan (1884–1950) Gürcüstanın Batumi şəhərində anadan olmuş və Leypsiq Universitetində aqronom ixtisası üzrə təhsil almışdır. Universiteti 1906-cı ildə bitirdikdən sonra Fransa, İsveçrə və Böyük Britaniyada fermalarda işləmiş və qoyunçuluq sahəsində tədqiqatlar həyata keçirmişdir. Alman, fransız, ingilis, rus, gürcü və Azərbaycan dilləri üzrə ixtisaslaşmışdır. O, 1908-ci ildə Şuşaya geri qayıtmışdır. 1909-cu ildə Gerseliya Sergeyevna Qazarbekyan (1887–1974) ilə tanış olmuş və elə həmin xanım ilə də ailə həyatı qurmuşdur.[9][10]
Leon və Gerseliya Taxtacan cütlüyünün bu evlilikdən Armen (1910–2009), Nelli (1914–1994) və Nora (1918–1965) adlı üç övladı dünyaya gəlmişdir. 1918-ci ildə baş vermiş olan talanlara görə ailə Ermənistanın şimalına qaçmağa məcbur olmuşdur. Armen uşaqlıq illərində atası ilə bərabər səyahət edərkən təbiət tarixinə maraq göstərməyə başlamışdır. Armen ilk təhsilinə Tbilisidə başlamışdır. Burada o, əvvəllər Tbilisi Dövlət Universitetində kənd təsərrüfatından dərs demiş və gürcü, rus və latın dillərində botanika adları lüğəti tərtib etmiş müəllimlərindən biri olan Aleksandr Konstantinoviç Makayevin (Makaşvili) (1896–1962) təsirinə məruz qalmışdır. Makayev Armeni özü ilə botanika ekskursiyalarına aparmış və ona bitkiləri müəyyən etməyi öyrətmişdir (1920). 1928-ci ildə orta məktəbi bitirərək Leninqrada getmişdir. Leninqrad Universitetinin biologiya fakültəsində isə Vladimir Leontyeviç Komarovun (1869–1945) bitki morfologiyası üzrə dediyi mühazirələrdə iştirak etmişdir. 1929-cu ildə isə İrəvan Dövlət Universitetində biologiya üzrə təhsil almağa başlamışdır.[9]
O, İrəvan şəhərində yerləşən Ermənistan Təbiət Tarixi Muzeyində, daha sonra isə SSRİ Elmlər Akademiyasının Biologiya İnstitutunun Ermənistan bölməsinin Herbariumunda (bitkilər üzrə bölmə) elmi işçi vəzifəsində işləmiş, 1936-cı ildə isə İrəvan Universitetində magistr dissertasiyasını başa çatdırdıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır.[9]
O, "Çiçəkli Bitkilər" adlı şah əsərini başa çatdırdıqdan sonra 2009-cu il noyabr ayının 13-də Sankt-Peterburqda vəfat etmişdir.[11][10]
O, əsasən çiçəkli bitkilərin mənşəyi və paleobotanika sahələrində aparmış olduğu elmi tədqiqatları və bitkilərin yeni təsnifat sistemini işləyib hazırlamışdır. "Ermənistan florası" (cild 1–6, 1954–73) və "SSRİ-dəki çiçəkli bitkilərin fosilləri" (v. 1, 1974) adlı kitabların üzərində işləmişdir. Taxtacan həmçinin də, Floristik Regionlar sistemini işləyib hazırlamışdır. (Taxtacan, Krovello və Kronkvist, 1986)
"Taxtacan sistemi" çiçəkli bitkiləri bir Tip (taksonomik kateqoriya) (filum) (Magnoliophyta) və iki sinif (Magnoliopsida (ikiləpəlilər) və Liliopsida (birləpəlilər)) kimi təsnif edir. Bu iki sinifdə öz növbəsində aşağı siniflərə, sonra isə yuxarı qruplara, qruplara və ailələrə bölünür. Taxtacan sistemi Kronkvist sisteminə oxşayır, lakin ondan bir qədər daha mürəkkəbdir. Taxtacan təsnifatlandırma sistemindən bu gün, məsələn, Montreal Nəbatat Bağında istifadə olunur.
Taxtacan, öz dövrünün ən mühüm botaniklərindən biri hesab edilmişdir.[15][10]