Qəbir əzabı

Qəbir əzabı (ərəb. عذاب القبرʿAdhāb al-Qabr, həmçinin Qəbirsıxma) - İslam inancına görə insanı öldükdən sonra gözləyən əziyyət. Qəbir əzabı ilə bağlı Quran kitabında heç bir məlumat göstərilməmişdir. Quranda ondan çox ayədə qəbirlərlə bağlı ifadə keçdiyinə baxmayaraq, qəbir əzabından bəhs edilmir.